Accessibility links

Azərbaycanda Qara dəniz Ticarət və İnvestisiyasının Təşviqi Proqramının təqdimatı olub


BMT-nin İnkişaf Proqramının «Qara dəniz Ticarət və İnvestisiyasının Təşviqi» Proqramının Azərbaycanda rəsmi təqdimat mərasimi olub. İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Emil Məcidov bildirib ki, Azərbaycan ilk növbədə regional ticarətin inkişafında maraqlıdır. Onun sözlərinə görə, regiondakı münaqişələr ticarətin iknişafına ciddi maneədir. Buna baxmayaraq, cənab Məcidov BMT-nin hesablamlarına istinadən Azərbaycanın sərmayə cəlbi göstəricəilərinə görə dünyada birinci yeri tutduğunu deyib. «Qara dəniz hövzəsi ölkələrində biznes üçün Azərbaycan şirkətlərinin potensialı ildə $8 mlrd. təşkil edir. Onun $5,5 mlrd.-ı istifadəsiz qalır». Bu barədə isə BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regional Bürosunun «Qara dəniz Ticarət və İnvestisiyaların Təşviqi» proqramının əlaqələndiriciSİ Lovita Ramqutye bildirib. Onun sözlərinə görə, bu potensialın reallaşması üçün regionun 12 ölkəsini əhatə edən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində 2007-2009-cu illırdə Qara Dəniz Ticarət və İnvestisiyaların Təşviqi proqramı həyata keçiriləcək. «Proqramın məqsədi qeyri-neft sektorunda regionun biznes strukturları arasında əməkdaşlıq mexanizmlərinin və investisiya əlaqələrinin inkişafıdır. Bu məqsədə nail olmaq üçün 5 mərhələdə həyata keçiriləcək xüsusi mexanizm hazırlanıb. Regionda ticarət imkanları və investisiya mühitinin müəyyənləşdirilməsi üzrə tədqiqatlar gələn həftə başa çatacaq. Daha sonra əlverişli ticarət və sərmayələr üçün sektorlar müəyyən olunacaq. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün özəl şirktələrin maraqlarını təmsil edən biznes-qruplar sırasından milli tərəfdaşlar seçiləcək. Proqramın son mərhələsi marketinq tədqiqatları və nəzərdə tutulmuş sektorlar üzrə əsas tərəfdaşların seçimi olacaq». Təqdimatda həmçinin Azərbaycan biznes-koalisiyasının və Azərbaycan -Türkiyə İş Adamları Birliyinin nümayəndələri çıxış edib və bu proqramda iştirak etməyə hazır olduqlarını bildiriblər.
XS
SM
MD
LG