Accessibility links

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri jurnalistlərin çoxsaylı suallarını cavablandırıb


Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev jurnalistlərin çoxsaylı suallarına cavab verib. Bununla da o son il yarımda jurnalistlərin çoxşaxəli və çoxsaylı suallarına cavpab verən yüksək vəzifəli ilk dövlət məmuru olub. Cənab Mehliyev «Amerikanın səsi» radiosunun mətbuata qarşı təzyiqlər və «Gündəlik Azərbaycan» qəzeti ilə bağlı sualının cavabında məsələnin siyasiləşdirildiyini bildirib. "Bu məsələlər siyasiləşdirilir. Buna tamam başqa gözlə baxmalıyıq. Birincisi ümumiyyətlə insanların yaşayışı, ölkənin inkişafı üçün Azərbaycanda sabitlik yaratmalıyıq. Digər tərəfdən qəzetlərə qarşı heç bir təzyiq yoxdur. Lakin söhbət bu qəzetlərin rəhbərlərinin, jurnalistlərin qanunları pozaraq insanları təhqir etməsindən gedir. Qanundan kənar hərəkətlər etdiklərinə görə də onlara qarşı qanun tətbiq olunur. Qəzetlərin bağlanması məsələsi isə yoxdur". İcra Aparatının rəhbəri "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinə qarşı isə hər hansı təzyiqin olmadığını deyib. Onun sözlərinə görə, qəzetlərin redaksiyasının yerləşdiyi binada sadəcə olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlama aparılıb. "Qəzetlərin redaksiyasının yerləşdiyi binanın təhlükəsizliyi məsələsinə baxılıb. Həmin binadan təkcə "Gündəlik Azərbaycan" qəzeti deyil, başqa təşkilatlar da çıxarılıb. Ona görə buna siyasi xarakterli qiymət vermək ədalətsizlikdir. Müəyyən qüvvələr bundan dövlətdə demokratiyanın inkişafı üçün deyil, öz məqsədləri, korporativ maraqları üçün istifadə edir, hadisəni siyasiləşdirirlər". O çoxsaylı beynəlxalq təşkilatların, o cümlədən Amerikanın təşəbbüslərinə baxmayaraq böhtan maddəsinin Cinyaət Məcəlləsindən çıxarılmayacağını bildirib. «Azərbaycan Konstitusiyasında və qanunvericiliyində böhtan məsələsi öz həllini tapıb. Hesab edirik ki, hələlik böhtan maddəsi Cinayət Məcəlləsində saxlanılmalıdır". Cənab Mehdiyev beynəlxalq təşkilatların təkliflərinə Azərbaycanın etinasız yanaşması ilə bağlı sualla razılaşmır. O Azərbaycanın çoxsaylı beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini deyir. "Qətiyyən belə deyil. Biz beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət əsasında əməkdaşlıq edirik. Hansısa təşkilat hesab edirsə ki, ona hörmətsizlik edirik, o, ilk növbədə öz hərəkətlərinə qiymət verməlidir. Azərbaycan müstəqil dövlətdir, təzyiqlər cəhdi əbəsdir, buna ehtiyac yoxdur və biz bunu qəbul etmirik" . «Vəzifəli şəxlərin gəlir deklarasiyası barədə məsələni parlament həll etməlidir". Bu barədə isə Prezidentin İcra Aparatının rəhbərigəlir deklarasiyasının icrasının reallaşdırılması ilə bağlı məsələnin illərlə uzadılmasının səbəbləri haqqında sualın cavabında bildirib İcra Aparatının rəhbəri «Amerikanın səsi»nin Azərbaycan-ABŞ ikitərəfli təhlükəsizlik məsələhtləşmələri ilə bağlı sualına da cavab verib. «Azərbaycan-ABŞ ikitərəfli təhlükəsizlik məsələhtləşmələri ilə bağlı Azərbaycan rəsmilərinin səfərinin reallaşdırılması barədə danışıqlar aparılır. Onun sözlərinə görə, ABŞ-Azərbaycan münasibətləri çox normaldır. "Biz hesab edirik ki, münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Ancaq biz istəyirik ki, Azərbaycanda gedən proseslərə və Azərbaycana münasibət obyektiv olsun. Azərbaycanın ətrafında baş verən hadisələrə də ayrı-ayrı təşkilatların və ya ayrı-ayrı ölkələrin maraqları səviyyəsində yox, düzgün, obyektiv qiymət verilməlidir". O, «Seçki Məcəlləsi»nə dəyişikliklərlə bağlı Avropa Şurasının Venetsiya komisayası ilə məsləhətləşmələrin davam etdiriləcəyini deyib. Cənab Mehdiyev ölkədə qarışıq seçki sisteminə keçirilməsi məsələsinin də gələcəkdə baxılacağını istisna etmir. «Bu seçki sisteminə normal, demokratik, mədəni müxalifət formalaşdıqdan sonra qayıtmaq mümkündür. Qarışıq seçki sistemi normal, demokraktik, mədəni müxalifət formalaşdıqdan sonra mümkün olacaq. Azərbaycan qarşısında qoyduğu vəzifələri tam yerinə yetirəcək. Çox güman ki, gələn beşillikdə bu məsələyə qayıtmaq mümkün olacaq". Prezident seçkiləri ərəfəsində hakimiyyətin mətbuatı zəiflətməsilə bağlı deyilən fikirlər çox yanlışdır. Əgər müxalifətin daxilində də belə fikirlər varsa, çox səhv və yanlışdır. Bu sözləri də icra aparatının rəhbər deyib. "Əlbəttə prezident seçkilərinə başlayırıq. Hazırda hazırlıq işləri aparılır. Təcrübəyə baxsaq, qəzetlərlə bağlı məsələ heç də prezident seçkiləri ilə bağlı deyil. Azərbaycanda cənab prezidentin nüfuzu çox yüksəkdir. İnsanlar arasında sorğu aparsaq, inanıram ki, əhalinin 98 faizi prezidentə səs verəcək. Buna mənim şübhəm yoxdur. Ona görə, bunu prezident seçiklərilə qəti surətdə bağlamaq lazım deyil". O ölkədə normal müxalifətin yaranmasını vacib sayır. "Biz Azərbaycanda normal vəziyyət yaratmalıyıq. Azərbaycanda normal, mədəni, demokraitk müxalifət gözləyirik. İstəyirik ki, mətbuat, jurnalistika normal, sivil dövlətlərin mətbuatı səviyyəsində olsun. Söyüş, təhqir mənbəyi olmasın. Qəzetlərdə dövlət adamları, adi insanlar haqqında nə qədər yalan, böhtan, uydurmalar yazılır. Biz bunlardan qurtarmalıyıq. Bu Azərbaycan mentalitetinə, mənəviyyatına qəti surətdə xas olmayan məsələdir. Jurnalistləri də çağırıram sivil, demokratik yola addım qoysun". R.Mehdiyev jurnalistlərin əfvi ilə bağlı sualına cavabda məsələnin vaxtaşırı prezident tərəfindən baxılıb həll edildiyini bildirib. "Hesab edirəm ki, müəyyən bir dövrdən sonra bu məsələ öz həllin tapa bilər. Konkret demirəm ki, sabah və ya bir həftədən sonra məsələyə baxılacaq. Ümumiyyətlə məsələni araşdıranda görürük ki, ildə cənab prezident bir neçə dəfə bu məsələyə baxır və məhkumları əvf edir". O Azərbaycanan jurnalistlərin həbsinə görə regionda lider dövlət olması fikri ilə razı deyil. "Bu səhv fikirdir. Azərbaycan jurnalist həbsi ilə lider dövlət ola bilməz. İkincisi, jurnalist də qanuna tabe olmalıdır. O da adi bir insandır. Jurnalistlər üçün istisna hal yaradılmayıb ki, kim nə istəyir etməlidir. Kim kimi istəyir təhqir etməlidir, böhtan atmalıdır və başqa xoşa gəlməyən işlərlə məşğul olmalıdır, Azərbaycanın maraqlarını satmalıdır. Qonşu ölkələrə baxın. Müxalifət heç zaman öz dövləti, milləti haqqında xaricdə yanlış, böhtan fikir yaymır, təhqir etmir, şikayət etmir. Sovet dövründə adamlar hətta Leninin mavzoleyinə məktub yazırdılar, şikayət edirdilər. İndi bunlar belə yol tutublar, Lenin mavzoleyi yoxdur, Avropa Şurası var. Təhlil edin, baxın Avropa Şurasına Ermənistandan, Gürcüstandan nə qədər ərizə gəlir, Azərbaycandan nə qədər məktub gəlir. Ermənistanda vəziyyət Azərbaycandan yaxşıdır? Qat-qat pisdir. Gürcüstandakı vəziyyəti görmürsünüz? Azərbaycanda tamam fərqli vəziyyətdir. Ancaq buna baxmayaraq, Azərbaycan haqqında, öz xalqı, öz milləti haqqında, öz dövləti haqqıda bu qədər yalan, böhtan nəyi göstərir? Hamımız çalışmalıyıq ki, Azərbaycanda müxalifət olsun. Ancaq demokratik, mədəni, vətənpərvər müxalifət öz şəxsi məsələlərini Aropada həll etməməlidir. Daxildə qanunlara uyğunlaşmalıdır və qanunlarla yaşamalıdır. Prezidentin İcra Aparatının rəhbəri korrupsiyaya qarşı mübarizə sahəsində aparılan işlərin qaneedici oduğunu bildirib. "İşlər davam etdirilir. Fərhad Əliyevin, Əli İnsanovun məhkəməsi bir daha göstərir ki, Azərbaycan hökumətinin mövqeyi açıq və aydındır. Münasibət bundan sonra da ancaq belə olacaq". O Əli İnsanovun siyasi məhbus olması ilə bağlı suala cavabda bildirib ki, kim səhv edib məhkəmə qarşsına çıxırsa özünü siyasi məhbus adlandırır. "Ancaq demir ki, hansı qanunu pozub. Bu səbəbdən məhkəmə qarşısındadır. Müəyyən adamlar öz səhvlərini görməməyə öyrəniblər. Ancaq onlara qanunla tətbiq olunan məsələləri şişirdib siyasəti problemə çevrilirlər", - deyə R.Mehdiyev vurğulayıb. İcra Aparatının rəhbərinin fikrincə, Azərbaycanda məhkəmə sistemi inkişaf edir. Onun sözlərinə görə, yaxınlarda yeni hakim seçkiləri aparılıb. "Hazırda imtahanlardan müsbət nəticələr əldə etmiş şəxslər arasında araşdırma aparılır. Güman edirəm ki, yeni hakim korpusu fəaliyyətini Azərbaycanın perspektivlərinə uyğun davam etdirəcək». O Azərbaycanla Türkmənistan münasibətləri bu gün keçmişlə müqayisədə yüksək səviyyədə olduğunu bildirib. "Hazırda Xarici İşlər Nazirliyi səviyyəsində danışıqlar aparılır, görüşlər keçirilir. Güman edirəm ki, münasibətlərimizin perspektivi yaxşı olacaq", - deyə o qeyd edib.
XS
SM
MD
LG