Accessibility links

ABŞ-ın Avropa və Afrika ölkələri üzrə Dəniz Piyada Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir


ABŞ-ın Avropa və Afrika ölkələri üzrə Dəniz Piyada Qüvvələrinin komandanı general-mayor Treysi Garet Azərbaycana rəsmi səfərə gəlib. Hələ rəsmi səviyyədə səfərlə bağlı geniş məlumat yayılmayıb.
Yerli agentliklərin məlumatına görə, general səfəri çərçivəsində iyunun 23-də Azərbaycan Qadın Hüquqşünaşlar Assosiasiyanın üzvləri ilə görüşəcək.
Azərbaycan Qadın Hüquqşünaslar Assosiasiyası bu il 96.000 ABŞ dolları «Bir Qadının Təşəbbüsü» layihəsi üzrə qrant udub.


XS
SM
MD
LG