Accessibility links

İlham Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına hazırdır


Azərbaycan prezidenti İlham Əliyev Yunanıstanda dövlət səfərindədir. Bu gün iki ölkə prezidenti arasında təkbətək və geniş tərkibdə görüş olub. Danışıqların nəticəsi olaraq dörd sənəd imzalanıb.

Yunanıstan prezidenti Karolos Papulyas bildirib ki, iki ölkə arasında energetika sahəsində əlaqələryaxşı inkişaf edir.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılması üçün son illər ərzində böyük işlər görülüb. “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynamağa hazırdır. Artıq bir ildən çoxdur ki, Azərbaycan qazı Yunanıstana, beləliklə də Avropa İttifaqı bazarına ixrac olunur” - deyə o qeyd edib.


XS
SM
MD
LG