Accessibility links

2019 ABŞ-Çin münasibətlərində çətin il oldu


2019 ABŞ-Çin münasibətlərində çətin il oldu
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Birləşmiş Ştatlarla Çin arasındakı əlaqələr 2019-cu ildə ticarət müharibəsindən tutmuş Honq Konq və insan haqları ilə bağlı fikir ayrılıqları kimi məsələr səbəbilə ciddi sınaqlarla üzləşib. Bu yaxınlarda ticarət razılığının ilkin mərhələsi ilə bağlı razılığın əldə olunmasına baxmyaraq, bəzi təhlilçilər deyir ki, Vaşintqonla Pekin arasındakı problemlər göründüyündən daha qəlizdir.

Hələlik Birləşmiş Ştatlar və Çin razılığın ilkin mərhələsində bir-birilərinin mallarına tariflər tətbiq etməyəcək.

Bu razılıq dünyanın iki aparıcı iqtisadiyyatı arasında aylardır aparılan danışıqlardan sonra əldə olunub.

“Düşünürəm ki, son bir ildə baş verənlər bizə göstərdi ki, Birləşmiş Ştatlar Çinin davranışından və Çinin gələcək siyasətini formalaşdırmaq məqsədilə həmin davranışa təsir göstərə bilib-bilməyəcəyindən çox narahatdır,” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Bonni Qlaser bildirir.

Düşünürəm ki, son bir ildə baş verənlər bizə göstərdi ki, Birləşmiş Ştatlar Çinin davranışından və Çinin gələcək siyasətini formalaşdırmaq məqsədilə həmin davranışa təsir göstərə bilib-bilməyəcəyindən çox narahatdır.
Bonni Qlaser

2019-cu ildə bu narahatlıqlardan biri Çinin Sincanda etnik müsəlman olan uyğur azlığına qarşı rəftarı olub.

ABŞ Çinin uyğurlara qarşı “ciddi hüquq pozuntuları” törətdiyini bildirib və bu qəddar repressiyanı təsdiq edən Çinin daxili sənədlərini sızdırıb.

“Bu sənədlər Çin Kommunist Partiyasının kütləvi şəkildə həbs olunan insanlara qarşı insan haqları pozuntuları etdiyinə dair artan dəlilləri dəstəkləyir,” ABŞ dölət katibi Mayk Pompeo söyləyib.

Honq Konqda sakinlər noyabr ayının sonunda ABŞ prezidenti Donald Tramp sabiq Britaniya müstəmləkəsində demokratiya hərəkatını dəstəkləyən qanun layihəsini imzaladığına görə ona təşəkkür etmək üçün Amerikanın milli himnini səsləndirib. Çin buna cavab verəcəyinə söz verib.

“ABŞ-ın əsassız davranışına cavab olaraq, Çin höküməti bazar ertəsindən etibarən ABŞ-ın hərbi gəmiləri və təyyarələrinin Honq Konqu ziyarət etmək üçün təqdim etdiyi ərizələrə baxışı dayandırmaq qərarına gəlib,” Çinin xarici işlər nazirliyinin sözçüsü Hua Çunyinq bildirib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Bonni Qlaser deyir ki, ticarət müharibəsi, Sincan və Honq Konq məsələlərindən başqa iki ölkə arasında daha dərin problemlər var.

Birləşmiş Ştatlarla Çinin dəyərləri arasında fundamental fərqlər var; insan haqları, hökümət, idarə edən və idarə olunanlar arasındakı münasibət anlayışına dair fundamental fərqlər mövcuddur. Dini və etnik azlıqlara qarşı münasibət barədə də düşüncələr fərqlidir. Yəni bir sıra mühüm normativ fərqlər var.
Ali Vayn


“Bundan əlavə, Çinlə bağlı bir sıra məsələ səbəbilə narahatlıq var. Biz təkcə hərbi, iqtisadi və diplomatik problemləri nəzərdə tutmuruq. Biz Çinin siyasi müdaxiləsi kimi məsələri də nəzərdə tuturuq,” o deyir.

Bəziləri isə Vaşinqtonla Pekin arasındakı gərgin münasibətin onların dəyər sistemlərinin fərqli olmasından irəli gəldiyini düşünür.

“Birləşmiş Ştatlarla Çinin dəyərləri arasında fundamental fərqlər var; insan haqları, hökümət, idarə edən və idarə olunanlar arasındakı münasibət anlayışına dair fundamental fərqlər mövcuddur. Dini və etnik azlıqlara qarşı münasibət barədə də düşüncələr fərqlidir. Yəni bir sıra mühüm normativ fərqlər var”, siyasi təhlilçi Ali Vayn deyir.

Bu il son bir neçə ildə ilk dəfədir ki, ABŞ-la Çin arasında diplomatik və təhlükəsizlik məsələri üzrə yüksək səviyyəli danışıqlar keçirilməyib.

ABŞ rəsmiləri Birləşmiş Ştatların Çinlə belə bir münasibətinin hər hansı nəticə verəcəyinə və Çinin davranışını dəyişəcəyinə skeptik yanaşır.

XS
SM
MD
LG