Accessibility links

ABŞ-ın cənub-qərbində yağışlar yağınsöndürmə işlərini asanlaşdıracaq


ABŞ-ın cənub-şərqində həddindən artıq sürətlə yayılan bir neçə meşə yanğınına qarşı mübarizə aparan yanğınsöndürənlərin işi bu həftə sonu baş verən şiddətli tufan və yağışlar səbəbilə yüngülləşəcək.

Lakin cənubi Nevada, cənubi Yutah və qərbi Kolorado ilə bağlı təhlükə xəbərdarlığı hələ də qüvvədə qalır. Milli Hava Xidmətinin verdiyi məlumata görə, orada küləyin şiddətinin saatda 72 kilometr sürətinə qədər artacağı gözlənilir.

Yağışlı hava regiondakı iyirmidən çox yanğına qarşı mübarizəyə yardım etsə də, sellərə səbəb ola bilər.

Ən böyük və şiddətli yanğın Koloradonun cənub-qərbində yerləşən Duranqo şəhəri yaxınlığında San Xuan Milli Parkında 13 min hektar ərazini əhatə edən 416 nömrəli yanğındır.

Dronlar yanğınsöndürmə işlərini çətinləşdirir

Koloradoda Torpağı İdarəetmə Bürosunun verdiyi məlumata görə, insanlar alovların şəkil və videolarını çəkmək üçün yanğının olduğu ərazilərə dronlar göndəməyə davam etdiyi üçün yanğınsöndürmə işləri zaman-zaman ya tamamilə ya da müvəqqəti dayandırılır.

Rəsmilər deyir ki, dronlar yanğını söndürmək üçün tanker və helikopter sürən pilotlara təhlükə yaradır.

Rəsmilər ərazidəki 375 yaşayış binası və 19 idarə üçün təxliyyə əmrini qaldırıb. La Plata qraflığının rəsmilərinin verdiyi məlumatına əsasən, təxminən 1000 yaşayış binası və idarə ilə bağlı evakuasiya qərarı hələ də qüvvədə qalır.

Evakuasiya

416 nömrəli yanğın ilə yaxınlıqdakı bir başqa kiçik miqyaslı Burro yanğını milli park rəsmilərini bir neçə meşəlik ərazisini ictimaiyyətə bağlamağa vadar edib. ABŞ-ın meşə xidməti San Huan Milli Parkını ziyarətçilərə qapadıb.

Denverdən təxminən 60 mil qərbdə 1400 evə tətbiq olunan evakuasiya əmri cümə axşamı aradan qaldırılıb, çünki yanğınsöndürənlər yanğının 45 faizinin qarşısını almağa nail olub.

Koloradodakı yanğınlarda heç kəs xəsarət almayıb, heç bir binaya zərər dəyməyib, amma Yutahda baş verən kiçik meşə yanğınında doqquz ev dağılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG