Accessibility links

ABŞ-ın maliyyə naziri: Sanksiyalar işləyir


ABŞ-ın Maliyyə naziri Cek Lü Rusiyaya qarşı sanksiyaların Rusiyanın iqtisadiyyatına ciddi təsir etdiyini bildirib.

Maliyyə naziri ABŞ Konqresinin Nümayəndələr Palatasının alt komitəsində dinləmələr zamanı deyib ki, Birləşmiş Ştatlar Rusiya siyasətini dəyişməsə budan sonra da addım atmağa hazırdır.

Bu açıqlamalar Vaşinqtonun Ukraynaya müdaxilə ilə əlaqədar prezident Vladimir Putinin yaxın ətrafında olan yeddi Rusiya rəsmisi və 17 şirkətə qarşı əlavə sanksiyalar tətbiq etməsindən sonra verilir. Sanksiyaların şamil olunduğu rəsmilərin səfərlərinə qadağa qoyulub, onların hesabları isə dondurulub.

Bundan öncə Rusiya Avropa İttifaqını Ukraynada böhranda rollalı ilə əlaqədar sanksiyaların hədəfi olan 15 subyektin adlarını açıqladığına görə tənqid edərək, qurumu Ukraynanın daxili siyasətini “qətiyyən başa düşməmək”də günahlandırıb.

Rusiyanın xarici işlər nazirliyi Avropa İttifaqının sanksiyalarının Ukraynanın cənub-şərqində “qanunsuz aksiyaların” davam etdirilməsi üçün “yerli neo-nasistlərə birbaşa dəvət” olduğunu bildirib.

Avropa İttifaqının sanksiyaları Rusiya baş nazirinin müavini Dmitri Kozak və Rusiya silahlı qüvvələrinin qərargah rəisi general Valeri Gerasimova şamil olunub. ABŞ-ın sanksiyalarının tətbiq edildiyi şəxslərin siyahısında prezifent Vladimir Putinin Krımda nümayəndəsi, Rusiya prezidentinin mühafizəsinin rəhbəri və Rusiyanın dövlətə məxsus ən böyük neft şirkətinin başçısının adları var.
XS
SM
MD
LG