Accessibility links

ABŞ-ın Qüdsdə konsulluğunu bağlaması fələstinlilərin qəzəbi ilə qarşılanıb


ABŞ-ın Qüdsdə konsulluğunu bağlaması fələstinlilərin qəzəbi ilə qarşılanıb. Belə ki, fələstinlilərə xidmət edən konsulluq bazar ertəsindən etibarən yeni səfirliyə köçürülüb.

"Bu, ABŞ-ın Qüdsdə, İordan çayının qərb sahili və Qəzza zolağındakı siyasətini dəyişmir. Qərar diplomatik əməliyyatların effektivliyi üçün verilib" - deyə, ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

Dövlət katibi Mayk Pompeo bu plan haqda hələ oktyabr ayında məlumat vermişdi.

Fələstinlilərin narazılığı ilə qarşılanan qərar ABŞ-ın İsrailə dəstəyi kimi qiymətləndirilib.

Fələstililərin rəhbəri Saeb Erekat qərarı ABŞ-ın Yaxın Şərqdəki sülh məramının "tabuta vurulan son mıx"ı adlandırıb.

Fələstinlilər Amerikanın səfirliyini Tel-Əvivdən Qüdsə köçürməsinə də qəzəb bildirmişdi. Onlar bununla ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması kimi qiymətləndirmişdi.

Qüdsün şərqini gələcək dövlətlərinin paytaxtı kimi görən fələstinlilər Qüdsün statusunun sülh müzakirələri yolu ilə həllinin tərəfdarıdır.

Dövlət Departamenti bildirib ki, prezident Tramp yekun qərarda heç bir mövqe tutmur və fələstinlilərlə yəhudilər arasında davamlı sülhün bərqərar edilməsinə dair öhdəliklərinə sadiqdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG