Accessibility links

ABŞ Əfqanıstanda humanitar böhran fonunda Taliban liderləri ilə danışıqlar keçirir


ABŞ Əfqanıstanda humanitar böhran fonunda Taliban liderləri ilə danışıqlar keçirir
please wait

No media source currently available

0:00 0:02:20 0:00

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Vest Qətərin paytaxtı Dohada Taliban liderləri ilə görüş keçirir. Vest Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatların Əfqanıstanda humanitar böhranla bağlı dərin narahatlığını bildirdiyini deyib.

BMT-nin Ümumdünya Ərzaq Proqramı 24 milyona yaxın insanın və ya əhalinin 60 faizinin ciddi aclıqdan əziyyət çəkdiyini bildirdiyi vaxt Əfqanıstanın bir çox yerlərində vəziyyət ağır olaraq qalır.

Dövlət Departamentinin sözçüsü Ned Price bildirib ki, ABŞ-ın xüsusi nümayəndəsi Tom Vest Qətərin paytaxtı Dohada iki günlük görüşlər zamanı Taliban liderləri ilə terrorla mübarizə və humanitar yardım da daxil olmaqla, ABŞ-ın həyat əhəmiyyətli milli maraqları ilə bağlı məsələləri müzakirə edəcək.

Bu həftə Amerikanın Səsinə verdiyi eksklüziv müsahibədə Vest Əfqanıstanda humanitar böhranın ağırlaşmasının əsas etibarilə beynəlxalq yardımın itirilməsi ilə bağlı olduğunu deyib. Əfqanıstan iqtisadiyyatı 20 il ərzində böyük dərəcədə bu yardımdan asılı idi.

Tomas Vest, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi:

“Keçmiş hökumətin dövlət xərclərinin təxminən 75 faizi xarici donorlar tərəfindən maliyyələşdirilib; ölkənin ÜDM-nin (ümumdaxili məhsulunun) təxminən 40 faizi xarici donorlar tərəfindən maliyyələşdirilib. Beləliklə, əslində, qarşılıqlı fəaliyyətimizdə və səmimi desək, müttəfiqlərimizin və tərəfdaşlarımızın bu illər ərzində Talibanla qarşılıqlı fəaliyyətində biz açıq şəkildə bildirirdik ki, onlar hakimiyyətə gəlmək üçün hərbi yolu seçsələr, bu yardım aradan qalxacaq və bu da baş verdi."

Talibanın Xarici İşlər Nazirliyinin sözçüsü keçən həftə ABŞ Konqresini Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstanın dondurulmuş aktivlərini azad etməyə çağırıb. O, ölkədəki iqtisadi fəlakətin digər ölkələr üçün kütləvi köç və qaçqın problemlərinə səbəb ola biləcəyini bildirib. Vest ABŞ-da və digər ölkələrdə dondurulmuş yardımın alınmasının Talibanın düşündüyü qədər asan olmadığını deyib.

"Bu pulun konkret banklardan başqa yerlərə köçürülməməsinin çox mürəkkəb məhkəmə səbəbləri ilə yanaşı, hüquqi səbəbləri var", ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Vest bildirib.

Talibanın insan hüquqları və qadın hüquqlarına hörmət etməsi ilə bağlı ABŞ və beynəlxalq ictimaiyyət tərəfindən tələbləri ilə bağlı bəzi yerli irəliləyişlər var. Əfqanıstanın üçüncü böyük şəhəri olan Heratda 7-12 yaşlı qızlar üçün məktəblər yenidən açılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Çin Tayvanı ilhaqı ilə bağlı hədəsini təkrarlayır
please wait

No media source currently available

0:00 0:11:34 0:00
XS
SM
MD
LG