Birləşmiş Ştatlar keçən ay Ramazan ayının bitməsi münasibətilə bayram müddətində qısamüddətli atəşkəs zamanı yaranmış imkandan istifadə edərək, Əfqanıstadan danışıqlar yolu ilə sülhə nail olunması səylərini gücləndirir.
“Fikrimcə, danışıqlar yolu ilə siyasi həllin tapılması səylərinin canlandırılması üçün impuls yaranıb”, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels Kabildə müxbirlərə bildirib.
Uels Əfqanıstanda döyüşən tərəflər arasında danışıqlar yolu ilə siyasi həllə nail olmaq məqsədilə Əfqanıstan və Pakistana dörd günlük səfər edib.
“Təkcə əfqan xalqı deyil, Taiban komandirlərindən və əsgərlərdən qeyri-adi dəstək gördük”, deyə o, Əfqanıstan ictimaiyyəti, təhlükəsizlik qüvvələri və Talibanın atəşkəsə reaksiyasından danışaraq bildirib.
Təkcə əfqan xalqı deyil, Taiban komandirlərindən və əsgərlərdən qeyri-adi dəstək gördük.Alis Uels
Taliban döyüşçülərinin çoxu atəskəsdən istifadə edərək şəhərlərə gələ bilib. Yerli mediada və sosial şəbəkələrdə Taiban döyüşçülərinin dondurma yediyi, selfi fotolar çəkdirdiyi və döyüş meydanında onlara düşmən olan Əfqanıstan təhlükəsizlik qüvvələrinin əsgərləri ilə bayram namazı qıldıqlarını göstərən görüntülər nümayiş etdirilib. Tailban əsgərlərindən bir neçəsi müxbirlərə müharibədən yorulduqlarını deyib.
Bu, müharibənin başladığından ilk dəfə idi ki, tərəflər üç gün müddətinə silahları yerə qoymaq haqda razılıq əldə etmişdi. Amma bununla belə, prezident Əşrəf Qani atəşkəsin müddətini uzatdıqda, Taliban onu davam etdirməkdən imtina edib.
Qani Talibana qeyd-şərtsiz danışıqlar təklif edib, lakin Talian onunla danışıqlar aparmaqdan imtina edərək, onun hökumətini “marionet rejim” adlandırıb. Onlar birbaşa Birləşmiş Ştatlarla danışıqlar aparmaq istəyir və Əfqanıstandan xarici qüvvələrin çıxarılmasını tələb edir.
“Bütün bu bəlalardan özümüzü xilas etməyin yeganə yolu Amerika və digər işğalçı qüvvələrin ölkəni tərk etməsi və müstəqil, islami və intra-əfqan hökumətinin yaradılmasındadır”, Taliban lideri Mavlavi Hibatullah Axundzadə Ramazan bayramı münasibətilə mesajında bidirib.
ABŞ dövlət katibi Maykl Pompeo demək olar eyni vaxtda açıqladığı bəyanatda ölkəsinin hərbi qüvvələrin çıxarılması məsələsinin müzakirəsinə razı olduğuna işarə edib.
“Prezident Qaninin əfqan xalqına müraciətində qeyd etdiyi kimi, sülh danışıqları beynəlxalq oyunçular və qüvvələrin rolu məsələsinin müzakirə edilməsini əhatə edəcək. Birləşmiş Ştatlar bu müzakirələrə dəstək verib, vasitəçilik etməyə və iştirak etməyə hazırdır”, Pompeonun bəyanatında deyilir.
ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels deyib ki, bununla “Talibanın Əfqanıstan hökuməti ilə danışıqlara hazır olmamasına dair səbəb gətirdiyi etirazlar” aradan qaldırılmış olur.
ABŞ-ın Əfqanıstan və Pakistan üzrə keçmiş xüsusi nümayəndəsi Riçard Olsen bildirib ki, ABŞ diplomatiyasının əsas məqsədi Talibanla danışıqlar yolu ilə siyasi nizamlanmaya nail olmaqdır və Alis Uels diqqəti bu məsələ üzərində saxlayır.
Onun fikrincə, Ramazan bayramında əldə edilmiş atəşkəs Talibanın öz kadrlarına nəzarət etdiyini nümayiş etdirdi, bu isə rəhbərlik məsələsində Pakistana təzyiqləri artırıb.
Birləşmiş Ştatlar və Əfqanıstan uzun zamandır Əfqanıstanda Taliban qüvvələrinin rəhbərliyinin Pakistanda oduğunu iddia edir. Rəsmi İslamabad bu iddianı rədd etsə də, Vaşinqton təzyiqləri davam etdirir.
“Hazırda siyasi nizamlanma ilə bağlı danışıqlara əsas əngəl Taliban liderləridir, özü də açığını desək, Əfqanıstanda məskunlaşmayan Taliban liderləridir”, Alis Uelss blidirib. O əlavə edib ki, Birləşmiş Ştatlar hələ də “İslamabaddan gözlədiyi davamlı və qətiyyətli addımları atmasını” görməyib.
Hazırda siyasi nizamlanma ilə bağlı danışıqlara əsas əngəl Taliban liderləridir, özü də açığını desək, Əfqanıstanda məskunlaşmayan Taliban liderləridir.Alis Uels
Vaşinqtonda yerləşən ABŞ Sülh İnstitutunun Asiya mərkəzinin vitse-prezidenti Moed Yusif deyir ki, ABŞ-ın Cənubi Asiya bölgəsində Pakistanla bağlı strategiyasının əsasında Taliban və Haqqani şəbəkəsinə qarşı mübarizə durur. O izah edir ki, ABŞ-ın tələbi ya onları ciddi müzakirə üçün danışıqlar masasına gətirmək, ya da onları öldürüb, həbs edib və Pakistandan çıxarmaqla neytrallaşdırmaqdan ibarətdir.
“Bu qıcıq doğuran tələb aradan qaldırılmayınca istər bu səfər zamanı masa üzərində olan, ya da sonradan danışıqlar masasına heç bir məsələnin gətiriləcəyini düşünmürəm”, o bildirib.
Alis Uels İslamabadda olduğu zamanı Avropa ölkələri, Çin və Əfqanıstanın səfirləri ilə görüşlər keçirib.
Avropalılar Əfqanıstanda ABŞ-ın mühüm müttəfiqləridir. Moed Yusifin bildirdiyinə görə, onlar sülh danışıqları, ya da nizamlanma prosesi ilə əlaqədar hər hansı müzakirənin iştirakçıları olmalıdır.
ABŞ-ın İslamabaddakı səfirliyinin bəyanatında deyilir ki, Pakistanın Əfqanıstan münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaqda rolu məsələsi Uelsin səfərinin diqqət mərkəzində olub.
Pakistan hərbi qüvvələrinin də açıqladığı bəyanatda “tərəflərin regionda sülh və sabitilk kimi ümumi məqsədlərə sadiq qaldıqlarını ifadə etdiyi" deyilir.