Accessibility links

ABŞ-ın ərzaq mağazalarının işçiləri arasında COVID-19-dan onlarla ölən, minlərlə yoluxan var


ABŞ-ın ərzaq mağazalarının işçiləri arasında COVID-19-dan onlarla ölən, minlərlə yoluxan var
please wait

No media source currently available

0:00 0:02:20 0:00

ABŞ-ın ərzaq mağazalarının işçiləri arasında COVID-19-dan onlarla ölən, minlərlə yoluxan var

ABŞ-da koronavirus pandemiyası və karantin tədbirlərinə başlandıqdan bəri, ərzaq mağazalarının onlarla işçisi COVID-19-dan ölüb və minlərlə işçisi virusa yoluxub. Misli görünməmiş işsizlik səviyyəsinə baxmayaraq, ərzaq mağazalarının işçiləri iş yerlərinə getməkdən qorxur. Bu riskli işə az adam könüllü olaraq gedir.

Ərzaq mağazalarında ölümcül koronavirusun yayılmasının qarşısını almaq üçün sosial məsafə qaydaları tətbiq olunur. İnsanlar uzun növbələrdə gözləyir və virusun yayılmasının qarşısının alınmasına yardım etmək üçün ciddi qaydalara əməl edir. "Bu maskalar bu hissəni örtür, bir az da qulaqlara yaxın sıxdırlar və bu, bandana kimi eyni şeydir. Çünki bizi nəfəs aldığımız şeylərdən qorumur, lakin digər insanları təhlükəsiz edir" - deyə, Nyu-York sakini bildirir.

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin qaydalarına əsasən marketlərə epidemiyadan öncəki vaxtla müqayisədə 20 faiz daha az insan daxil ola bilər. Lakin mütəxəssislər xüsusilə ərzaq mağazalarının işçiləri üçün tədbirlərin yetərli olmadığını və gec olduğunu deyirlər. Fil Lembert: “Supermarketlərdə işləyən işçilərin 3000-dən çoxu COVID-19-a yoluxub və onlardan 41-i ölüb. Kəmkarlar ittifaqlarının təkidlərinə baxmayaraq, onlara vaxtında nə maska verilib, nə də əlcək... ”

Aprel ayının ortalarında Google əsas səhifəsindəki bannerləri virusdan ən az qorunan ərzaq mağazalarının işçilərinə həsr edib. Elena Tulman: "Düşünmürəm ki, nə baş verdiyini hamı başa düşmədi. Hətta rəsmilər bunun nə qədər ciddi olduğunu başa düşmədilər. Nə qədər insanın ciddi dərəcədə xəstə olduğunu görənə qədər mən də başa düşmürdüm."

Kiminsə xəstə olub-olmadığını müəyyən etmək çox çətindir. Ərzaq mağazalarının girişində qızdırmanı ölçən qurğular yoxdur. İşçilər arabaların tutacaqlarını dezinfeksiya edir, döşəmələri yuyur və müştərilərdən ödəniş üçün kredit və bank kartları alırlar. Müştərilər əlcək və maska taxır, çoxları isə ərzaq mağazalarına yalnız vacib ehtiyacları olan zaman gedir.

İşçilərin isə başqa bir yolu yoxdur.

Çikaqo səhərinin Walmart supermarketinin işçisi Vando İvans COVID-19-dan ölüb. Onun ailəsi supermarketi işçilərin qorunması üçün kifayət qədər iş görmədiyi iddiası ilə məhkəməyə verir.

İndi supermarketlərə və digər pərakəndə satış mağazalarına işçilər tapmaq çətinləşib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG