Accessibility links

ABŞ 8 noyabrdan etibarən sərhədlərini vaksin vurdurmuş xarici səyahətçilər üçün açıq elan edir


Ağ Ev noyabrın 8-dən etibarən tam vaksinaysia olunmuş xarici vətandaşlar üçün səyahət məhdudiyyətlərini ləğv edəc'yini elan edib. Bununla da ABŞ dünyanın bir çox yerində tətbiq edilmiş tarixi qadağanı ölkə üçün bitirmiş olacaq.

ABŞ vətəndaşı olmayan şəxslərin ölkəyə girişinə tətbiq edilmiş məhdudiyyətlər 2020-ci ildə, o zamankı ABŞ Prezidenti Donald Tramp tərəfindən ilk dəfə Çindən gələn hava səyahətçilərinə tətbiq edilmişdi. Daha sonra bu məhdudiyyətlərin necə aradan qaldırılacağı ilə bağlı bir aydın plan elan edilmədən onlarca ölkəyə qarşı tətbiq edildi.

COVID-19 pandemiyasına qarşı mübarizə aparmaq üçün 2020-ci ilin mart ayından etibarən Meksika və Kanada ilə quru sərhədlərində də vacib olmayan səyahətlər üçün məhdudiyyət tətbiq edildi.

Bu xəbərdən sonra cümə günü ABŞ-a məxsus hava yolu şirkətləri, otelçilik və kruiz sənayesi səhmlərinin qiymətlərində 1,9 faiz, Marriott International Inc korparasiyasında 2,2 faiz Carnival Corpda isə 1,3 faiz artım müşahidə edildi.

Bundan bir gün əvvəl Ağ Ev həmçinin noyabr ayının əvvəlindən etibarən Kanada və Meksika sərhədini yalnız vaksin vurdurmuş xarici vətəndaşlar üçün açıq elan edəcəyini bildirmişdi.

Kanada artıq avqustun 9-dan etibarən ABŞ-dan gələn, tam vaksinasiya olunmuş şəxslər üçün sərhədlərini açıq elan edib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) keçən həftə Reuters-ə verdiyi məlumata görə, Birləşmiş Ştatlar yalnız ABŞ tənzimləyiciləri və ya Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən icazə verilən COVID-19 vaksinlərinin istifadəsini qəbul edə bilər.

Qərara əsasən, 8 noyabrdan etibarən 26 şengen zonası ölkələri daxil olmalqa, Fransa, Almaniya, İtaliya, İspaniya, İsveçrə və Yunanıstan, İngiltərə, İrlandiya, eləcə də Braziliya, Cənubi Afrika, İran və Çindən gələn vaksin vurdurmuş hava səyahətçilərinin ölkəyə girişinə icazə verilir.

Səyahətçilərdən uçuşdan əvvəl vaksinin vurulmasına dair sübut, eləcə də nəticəsi mənfi olmuş COVID-19 testi tələb olunacaq. Lakin quru sərhədlərindən keçəcək şəxslərdən COVID-19 testi tələb olunmayacaq. Yeni qaydalara əsasən ölkəyə gələn xarici qonaqların və ya amerikalıların karantinə alınması tələb olunmur.

XS
SM
MD
LG