Accessibility links

Minnesota ştatında klinikaya silahlı hücum nəticəsində 5 nəfər yaralanıb


Rəsmilərin bildirdiyinə görə, son illər getdiyi sağlamlıq mərkəzlərində müalicədən narazı olan 67 yaşlı Minnesota sakini çərşənbə axşamı klinikada atəş açaraq, beş xəstəni yaralayıb.

Hadisə çərşənbə axşamı səhər Minneapolis şəhərindən təqribən 64 kilometr şimal-qərbdə yerləşən Baffalo şəhərindəki Allina klinikasında baş verib. Rəsmilər Baffalodan olan Qreqori Pol Ulrixin klinikada atəş açdığını və günortadan əvvəl həbs edildiyini bildirib.

Qubernator Tim Valz mətbuat konfransında hadisə yerində əldəqayırma partlayıcı qurğuların da olduğunu deyib, lakin onlardan hansınınsa partladılıb-partladılmadığı barədə heç nə deməyib. Federal Təhqiqat Bürosu hadisə yerinə bomba zərərləşdirən mütəxəssislər göndərib.

Hücumun motivləri məlum olmasa da, rəsmilər Ulrixin ərazidəki tibbi klinikalarla uzun müddətdir narazılıqlar yaşadığını deyib.

"Yalnız onu deyə bilərəm ki, bu, bir neçə ildir davam edir və şübhəsiz ki, o, uzun müddətdir göstərilən səhiyyə xidmətindən narazı qalıb" - deyə, polis rəisi Pat Budki sonrakı mətbuat konfransında bildirib.

Budke deyib ki, müstəntiqlər Ulrixin klinikanı və ya orada kimisə hədəf aldığına inanır, lakin istintaq davam etdiyi üçün bunu demək hələ tezdir. O, hücumun daxili terror hadisəsi olmadığını deyib.

Şərhlərə bax

XS
SM
MD
LG