Accessibility links

ABŞ dövlət katibi Mayk Pompeo Malayziyadadır


ABŞ dövlət katibi Mayk Pompeo Malayziyadadır. Asiya səfərinin İlk dayancağı Malayziya olan Asiya səfərinin məqsədi azad ticarətin inkişafı və Şimali Koreyaya nüvə silahlarından əl çəkməsi üçün təzyiq göstərilməsidir.

Pompeo Asiya ölkələrini Şimala sanksiyalar yolu ilə təsir göstərməsini istəyir.

Prezident Trampın Şimali Koreya lideri ilə görüşündən sonra ABŞ rəsmilərində Pxenyanın nüvə proqramından əl çəkəcəyinə dair nikbinlik yaranıb. Baxmayaraq ki, Şimali Koreyanın prosesə başladığına heç bir dəlil yoxdur.

Pxenyanın nüvə fəaliyyətlərini davam etdirməsinə dair narahatlıqlar Washington Post qəzetində çıxan məqalədən sonra artıb.

Washington Post qəzeti ABŞ kəşfiyyat agentliyinin peyk fotoları vasitəsilə Şimali Koreyanın yeni raketlər hazırladığına dair işarələr olduğunu müəyyən etdiyini yazıb.

Kəşfiyyat rəsmilərinin anonimlik şərti ilə qəzetə bildirdiyinə əsasən, Sanumdong obyektində işlər hələ də davam edir və orada ən azı bir raket hazırlanır.

Eyni zamanda bildirilir ki, Sohae Peyk Uçuşu Stansiyasında işlər dayandırılıb. Fotolar vasitəsilə Şimali Koreyanın şimal-qərbində yerləşən bu stansiyada işçilərin mühərrik sınağı stendini sökdüyü görünüb.

Qəzetin yazdığına görə, çox sayda təhlilçi və müstəqil ekspert Sohae sahəsinin sökülməsini simvolik görür və deyilir ki, sınaq stendi asanlıqla bir neçə ay ərzində yenidən tikilə bilər.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG