Accessibility links

ABŞ-da şübhəli olaraq dindirilən Rusiya agenti özünü təqsirli bilib


Mariya Butina Vaşinqtonda Kremlin agenti olaraq xüsusi tapşırıq yerinə yetirdiyini etiraf etdikdən sonra ABŞ həbsxanasında qalır.

Prokurorlar bildirirlər ki, Butina gizli olaraq Rusiyaya məlumat ötürmək üçün ABŞ-da Milli Silah Assosiasiyası (NRA) və Respublikaçı partiya üzvləri ilə əlaqələr yaratmağa çalışıb.

Butina daha öncə bu ittihamları rədd edirdi. Lakin sonra o prokurorların onun ərizəsini dəyişdirmək barədə razılığın bir hissəsi kimi, Rusiyanın ABŞ-ın siyasi məsələlərinə müdaxiləsini araşdırmaqda prokurorlara kömək etməyə razılaşıb.

İki ay müddətinə azadlıqdan məhrum edilsə də, onu beş ilədək həbs cəzası gözləyir.

Butinanın iddiası xüsusi məsləhətçi Robert Mallerin işindən fərqlidir. Mallerin 19 aylıq istintaqı Prezident Donald Trampın 2016-cı ildəki seçkilərində seçilməsində Rusiyanın kömək edib-etməməsini araşdırır.

XS
SM
MD
LG