Accessibility links

ABŞ-da 50 milyon COVID-19 vaksini paylanıb


Səhiyyə işçisi Nyu York şəhərində vaksinasiya mərkəzində COVID-19-a qarşı Moderna vaksinini tətbiq edir, 29 yanvar, 2021.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri bazar günü səhər etibarilə Birləşmiş Ştatlarda COVID-19-a qarşı vaksinin 31,1 milyon dozasından istifadə edildiyini və ölkə üzrə 49,9 milyon vaksin dozasının paylandığını bildirib.

Bunlar Moderna əczaçılıq şirkətinin və Pfizer / BioNTech şirkətləri tərəfindən birgə istehsal olunan peyvəndlərdir.

Şənbə gününə verilən məlumata görə, 29,6 milyon doza vaksindən istifadə edilib və 49,9 milyon doza vaksin paylanıb.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri bazar günü 25,2 milyon insana vaksinin bir dozasının, 5,7 milyon insana isə iki dozanın tətbiq edildiyini bildirib.

Ümumilikdə uzunmüddətli tibbi müəssisələrdə vaksinlərin 3,7 milyon dozasından istifadə edilib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin verdiyi məlumata görə, ABŞ 26 milyondan çox yoluxma halı ilə dünyada ən yoluxma sayı olan ölkə olaraq qalır. ABŞ-dan sonra yoluxmaların sayının 10,7 milyon olduğu Hindistan və 9,1 milyon sayla Braziliya gəlir.

XS
SM
MD
LG