Accessibility links

ABŞ-da etirazlarda baş verən zorakılıqlar dinc nümayişləri kölgəyə salır


ABŞ-da etirazlarda baş verən zorakılıqlar dinc nümayişləri kölgəyə salır
please wait

No media source currently available

0:00 0:03:33 0:00

ABŞ-da etirazlarda baş verən zorakılıqlar dinc nümayişləri kölgəyə salır

Amerikada irqçiliyə və polis zorakılığına qarşı etirazlarla bağlı əksər xəbərlərdə zorakılıq və talanın əks etdirildiyi görüntülər yer alır. Lakin nümayişçlərin çoxu bu zorakılıqlarda iştirak etmir.

İnsanlar Corc Floydun öldürüldüyü məkanı ziyarət edir.

Corc Floydun qardaşı Minneapolis polis zabitinin onun boynuna dizini qoyaraq öldürdüyü yerdə etirazçıları sakitliyə və sülhə çağırıb.

“Dinc şəkildə etiraz edin,” Terrens Floyd deyib.

ABŞ-ın bəzi şəhərlərində onillərdir davam edən polis zorakılığı və irqçiliyə qarşı genişmiqyaslı etirazlardan sonra bəzi binalar yandırılıb. Nümayişçilər isə zorakılığın onların ədalət çağırışına xələl gətirdiyindən narahatdır.

"Corc Floyd heyvan kimi öldürüldü. Və biz artıq bezmişik. Bu yeni normaya çevrilib. Bu, yeni bir hal deyil. Əslində bu hal uzun müddətdir davam edir. Biz isə bundan bezdiyimizi demək üçün burdayıq,” nümayişçi Diadre O’Brayan bildirib.

Etirazlarda daha çox dinc nümayişçilər iştirak edir. Onların sayı zorakılıq təşviq edənlərdən qat-qat çoxdur.

Buna baxmayaraq bəzi etirazlar, xüsusilə də günün batmasından sonra, xaosa çevrilib, talan və vandalizm halları baş verib.

Lakin ölkə boyu nümayişlərin əksəriyyəti dinc, müxtəlif və birləşdirici olub.

“Bu ölkədə qanun qaraları heç vaxt eyni cür qorumayıb. Heç vaxt. Mənim yetişkin uşaqlarım küçələrə başlıqlı gödəkcə ilə çıxanda mən onlar üçün narahat olmuram. Amma buradakı hər bir ana uşaqları qaradırsa, xüsusilə də qara kişidirsə, onlar üçün qorxur. Bu yanlışdır. Bu, ədalətsizlikdir,” etirazçı Maria deyir.

Bir çox etirazçı zorakılığa əl atmaq əvəzinə irqlərarası ədaləti təmin etmək məqsədini irəlilətməyin yollarını axtarır.

Onlardan biri Texaslı vəkil Matt Manninqdir. O, həbs olunan etirazçılara pulsuz xidmət verir. O, oğullarının onun öz bacarıqlarından istifadə edərək hərəkatı necə dəstəklədiyini görmələrini istəyir.

“Vətəndaş haqları hərəkatı zamanı insanlar hərəkat üçün imkanları daxilində edə bildiklərini etdilər. Bəziləri hərəkatı planlaşdıranları yedizdirirdi, çünki onlar yemək bişirə bilirdi. Başqaları vəzlər edirdi. Digərləri də başqa işlər görürdü. Mən də bir vəkil olaraq, təqaüdə çıxanda bilmək istəyirəm ki, insanlara yardım etmək üçün əlimdən gələni etmişəm,” o deyir.

Digərləri öz inamlarına arxalanır.

Yazıçı Kristiana Mpkosova çoxmədəniyyətli kilsə konqreqasiyasını addım atmağa çağırır.

“Dindar biri olaraq məni ən çox kədərləndirən odur ki, özünü xristian adlandıran ölkədə bu cür hərəkətlər Allahı yanlış təmsil edir. Mənim iki qara oğlum var. Mənim onlara Allahla bağlı öyrətdiyim ilk şeylərdən biri onun ədalətli olmağıdır,” o deyir.

Lakin qeyri-zorakı etirazlarçılar bu aksiyanın vermək istədiyi mesajı bərpa etməyə çalışsa da, bir çoxları deyir ki, bu zorakılıqlara onillərdir davam edən zülm və məyusluq səbəb olub.

“Bizim gördüyümüz bir çox problem sistemikdir. Bunlar mürəkkəbləşmiş problemlərdir. Təhsil sistemi, ev sistemi, ədliyyə kimi sahələrdə qara və qəhvəyi insanlar üçün hər şey bu ölkə yaranandan bəri fərqli olub,” etirazçı Matt Manninq deyir.

Bu sistemik problemləri həll etmək vaxt tələb edir. Bu arada isə tənqidçilər deyir ki, Trampın kilsəyə doğru yürüyə bilməsi üçün hüquq-mühafizə orqanlarının Ağ Evinin önündə dinc etirazçıları dağıtması ədalət axtaran icmaya heç də yardım etmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG