Accessibility links

ABŞ-da yeni Konqres işə başlayır


Cümə axşamı ABŞ-ın yeni Konqresinin andiçmə mərasimi keçirilir.

Respublikaçıların Ağ Ev, Senat və Nümayəndələr Palatasına iki illik nəzarətindən sonra demokratlar Nümayəndələr Palatasındakı üstünlüyü ələ keçirir. Partiya 435 yerlik palatada 235 yerə nəzarət edəcək. Onlar noyabrda keçirilən ara seçkilərində 40 yer qazanıb.

Nümayəndələr Palatasında 100-dən çox qadın üzv olacaq. Onlar arasında Konqresə seçilən ən gənc qadın Aleksandria Okasio-Kortez də var. Bundan əlavə Miçiqandan Rəşidə Tlaib və Minnesotadan İlhan Ömər də Konqresə seçilən ilk müsəlman qadınlardır.

Nyu Meksikodan Deb Haaland və kanzaslı Şaris Deyvids isə Konqresdəki ilk iki amerika hinduları olacaq.

Kaliforniyanı təmsil edən Nensi Pelosinin Nümayəndələr Palatasının spikeri seçiləcəyi gözlənilir. O daha öncə 2007-2011-ci illər arasında da bu vəzifədə xidmət göstərib. Pelosi Nümayəndələr Palatasının yeganə qadın spikeridir və əgər yenidən seçilsə, son 60 ildə partiyasının məğlub olub, daha sonra qalib gələrək Nümayəndələr Palatasında üstünlüyü ələ keçirməsi nəticəsində yenidən köhnə vəzifəsinə qayıdan ilk nümayəndə olacaq.

Hökümətin qismən bağlanması problemini həll etməklə yanaşı, Nümayəndələr Palatasındakı demokratların Konqresdəki komitələrə nəzarət etdiklərinə görə, Tramp administrasiyasının əməlləri ilə bağlı bir sıra istintaq başladacağı gözlənilir. Buna prezidentin gəlir vergisi, onun baş prokuror Ceff Seşşınsı işdən çıxarmaq qərarı və Trampla Rusiya prezidenti Vladimir Putin arasındakı münasibətləri ilə bağlı yeni təhqiqatlar daxil olacaq.

Senatda isə respublikaçılar əlavə iki yer qazanaraq, hazırda 53-47 yer fərqi ilə üstünlüyə sahibdir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG