Accessibility links

ABŞ generalı: "Şimali Koreyanın nüvə və digər hərbi imkanları dəyişilməz qalır"


ABŞ Koreya Qüvvələrinin rəhbəri general Robert Abrams
ABŞ Koreya Qüvvələrinin rəhbəri general Robert Abrams

ABŞ ordusunun Cənubi Koreyadakı ən yüksək vəzifəli komandanı deyir ki, Şimali Koreyanın nüvə və digər hərbi imkanları dəyişilməz qalır, Birləşmiş Ştatlara, o cümlədən onun müttəfiqlərinə təhlükə törətməyə davam edir.

Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında çıxış edən ABŞ-Koreya Qüvvələrinin komandanı general Robert Abrams Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün Birləşmiş Ştatlar və Şimali Koreya arasındakı diplomatik səyləri vurğulayıb. Keçən ilin iyun ayında hər iki ölkənin rəhbərləri Donald Tramp və Kim Conq Un Sinqapurda görüşərək, bu məsələni müzakirə ediblər.

“Gərginliyin azalması və strateji təxribatların dayandırılması, o cümlədən nüvəsizləşdirmə ilə bağlı ictimai bəyanatlara baxmayaraq, mən mövcud duruma aydın gözlə baxıb bildirirəm ki, Şimali Koreyanın hərbi imkanlarında təsdiq edilə bilən dəyişiklik çox cüzidir.” – deyə Robert Abrams bildirib.

Tramp və Kim ikinci zirvə görüşlərini bu ayın sonu Vyetnamda keçirəcəklər. ABŞ rəsmiləri “əhəmiyyətli və təsdiq edilən” tərəqqi gözlədiklərini bildirirlər.

Çoxları narahatdır ki, Tramp yaxınlaşan zirvə toplantısından istifadə edərək, ABŞ qoşunlarının Cənubi Koreyadan çıxarılmasını və ya ixtisarını elan edəcək.

Bununla bərabər, Abrams bildirir ki, Şimali Koreya illik qış hərbi təlimlərini davam edir.

Onilliklər ərzində Şimali Koreya hərbi təlimləri ölkənin işğal edilməsi cəhdinə hazırlıq kimi təqdim edib. ABŞ bu fikri qətiyyətlə rədd edir.

XS
SM
MD
LG