Accessibility links

ABŞ hipersonik silahlarla bağlı araşdırmaları genişləndirəcək


Rusiyanın hipersonik nüvə başlıqları daşıyıcısını uğurla sınaqdan keçirməsinə cavab olaraq Birləşmiş Ştatlar hipersonik hücum və müdafiə silahları ilə bağlı araşdırmaları gücləndirəcək.

Müdafiə nazirliyinin sözçüsü leytenant-polkovnik Mişel Baldanza Amerikanın Səsinə bildirib ki, "hipersoniklərdən silah kimi istifadə etməyə qərar verənlər döyüş məkanında assimmetriya yaranır və biz bu məsələyə toxunmalıyıq."

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Avanqard adlı silahın sınağına nəzarət edib və onun qarşısını almağın mümkün olmadığını və bu silahın on illər boyu Rusiyanın təhlükəsizliyini təmin edəcəyini söyləyib.

Putin hipersonik nüvə başlıqları daşıyıcısının uğurla sınaqdan çıxmasının ölkəsi üçün ən gözəl Yeni İl hədiyyəsi olduğunu deyib.

Putin deyib ki, bu silah gələn il Rusiyanın Strateji Raket Qüvvələrinə daxil ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG