Accessibility links

ABŞ humanitar yardımları Venesuelaya çatdırmağın yollarını axtarır


ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, şənbə günü Kolumbiya və Braziliya ilə sərhəddə prezident Nikolas Maduronu dəstəkləyən qüvvələrin yük maşınlarını yandırmasından sonra ABŞ humanitar yardımları Venesuelaya çatdırmağın yollarını axtarır.

Nikolas Maduro göndərilən yardımların ABŞ işğalı üçün bir bəhanə olduğunu bildirib.

Bazar günü Fox News kanalına müsahibəsində Pompeo əlavə edib ki, Maduronun müvəqqəti prezident Xuan Quaydonun lehinə istefa verməsi üçün ABŞ Venesuela hökumətinə qarşı daha çox sanksiya tətbiq etməyi nəzərdən keçirir.

"Venesuela xalqı açıq və aydın şəkildə sözünü deyib. Onlar Xuan Quaydonun ölkələrinin qanuni prezidenti olduğunu başa düşürlər. Biz də bunu dəstəkləyirik. Lima qrupu, Avropa ölkələri, bütün dünya Venesuelada yaşanan dağıdıcı hadisələrin şahidi oldular" - deyə, dövlət katibi qeyd edib.

Pompeo Venesuela ordusunun kiçik bir bölməsinin müxalifəti dəstəkləməsinə baxmayaraq, əsasən Maduroya sadiq qaldığını etiraf edib.

ABŞ vitse-prezidenti Mayk Pens Kolumbiyanın Boqota şəhərinə səfərə çıxır.
ABŞ vitse-prezidenti Mayk Pens Kolumbiyanın Boqota şəhərinə səfərə çıxır.

ABŞ-ın vitse-prezidenti Mayk Pens ABŞ və digər ölkələr tərəfindən Venesuelanın qanuni prezidenti kimi tanınan Xuan Quaydoyla görüşmək üçün Kolumbiyanın Boqota şəhərinə səfər edib.

Pens ABŞ-ın Xuan Qaydonun "100 faiz" arxasında durduğunu deyib.

Maduro şənbə günü Kolumbiya ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

Kolumbiya prezidenti İvan Duke humanitar yardımların Venesuela sərhədindən keçirilməsi üçün Quaydoyla birlikdə ictimaiyyət qarşısına çıxıb.

XS
SM
MD
LG