Accessibility links

ABŞ-da işsizlik təzminatına müraciətlər kəskin şəkildə artıb


Keçən həftə ABŞ-da işsizlik təzminatına müraciətlər kəskin şəkildə artıb. ABŞ-ın Əmək Nazirliyi ölkədə koronavirusa yoluxma hallarının sürətlə artmasının dünyanın ən böyük iqtisadiyyatına zərbə vurduğunu deyib.

Hökumət keçən həftə 965 min işçinin təzminat üçün müraciət etdiyini və bunun əvvəlki həftə ilə müqayisədə 181 min çox olduğunu bildirib. Bu, son bir neçə həftədə ən yüksək rəqəmdir. Keçən həftə açıqlanan hesabatda dekabr ayında 140 min işin ixtisar edildiyi və bunun mart və aprel ayları ilə müqayisədə ilk kəskin ixtisar olduğu bildirilib.

Yeni seçilmiş prezident Co Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasimi ərəfəsində hər gün on minlərlə insanın koronavirusa yoluxması səbəbindən ştat və bələdiyyə rəsmilərinin iş saatlarını məhdudlaşdırması və ya virusun yayılmasının qarşısını almaq üçün iş yerlərini bağlanması ABŞ iqtisadiyyatına yeni zərbələr vurmaqda davam edir.

Keçən həftəyə qədər işsizlik təzminatı üçün müraciətlərin sayı 700 000-800 000 arasında sabit qalırdı. Hazırkı göstəricilər mart ayının sonunda koronavirus pandemiyasının ABŞ-da yayıldığı zaman işsizliyə görə rekord, 6.9 milyon müraciətin verildiyi vaxtla müqayisədə az olsa da, 1960-cı illərdən bəri pandemiyadan əvvəlki dövrlərdə ilk dəfə olaraq yüksək səviyyədə qalmaqda davam edir.

Milli hökumət işsizlərə dövlət təzminatından əlavə həftədə 300 dollar ödəməyə başlayıb. Bu yardım 11 həftə davam edəcək.

Şərhlərə bax

XS
SM
MD
LG