Accessibility links

ABŞ İranın orbitə peyk buraxılması cəhdini pisləyib


ABŞ İranın çərşənbə axşamı orbitə qeyri-müvəffəq peyk buraxılması cəhdini tənqid edib.

İran rəsmiləri bildiriblər ki, peykin daşıyıcısı orbitə çatmaq üçün lazımi sürətə çatmayıb.

İran fəzaya peyk buraxılması və peyk proqramlarının hərbi məqsəd daşımadığını və onun davam etdiriləcəyini bildirib.

ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, peykin buraxılması İranın səkkiz il müddətində ballistik raket texnologiyaları sahəsində fəaliyyət göstərməməsinə dair BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə qəbul etdiyi qətnamənin pozulmasıdır..

Qətnamə ABŞ-ın keçən il çıxdığı İranla dünyanın altı qüdrətli dövləti arasında nüvə razılaşmanın bir hissəsidir.

XS
SM
MD
LG