Hüquq-mühafizə orqanlarının iki əməkdaşının Associated Press xəbər agentliyinə verdiyi məlumata görə, polis Vaşinqtonda Konqres Kitabxanası yaxınlığında bir pikapda mümkün partlayıcı qurğu barədəki məlumatı araşdırır və binanın ətrafını boşaldıb.
Kapitoli Polisi işçilərinin "Konqres kitabxanası yaxınlığındakı şübhəli bir maşına tez bir zamanda reaksiya verdiklərini" deyib. Kitabxana Kapitoli binası və Ali Məhkəmənin yaxınlığında yerləşir.
Polis Nümayəndələr Palatasının Kannon Ofis Binasının işçilərini də evakuasiya edib. Konqres bu həftə tətildədir.
Hüquq-mühafizə orqanlarının rəsmiləri müstəntiqlərin hadisə yerində olduğunu və cihazın işlək bir partlayıcı olub-olmadığını müəyyən etməyə çalışdıqlarını bildirib.
Rəsmilər məsələni ictimaiyyətlə müzakirə etmək hüququna malik olmadıqları üçün adlarının açıqlanmasını istəməyib.
Bu insident Vaşinqtonda yanvar ayında minlərlə Tramp tərəfdarının ABŞ Kapitolisinə basqın etməsindən bir gün öncə Demokratların və Respublikaçıların Milli Komitələrinin qərargahlarına boru bombasının qoyulmasından bir neçə ay sonraya təsadüf edir.