Accessibility links

"Barlar koronavirusun yayılması üçün mükəmməl yerdir"


ABŞ-ın bəzi bölgələrinin rəsmiləri barları və digər spirtli içki içilən yerləri bağlamaqla COVID-19-a yoluxma hallarının qarşısını almağa çalışır. Bu addım maska taxılsa da, taxılmasa da risk faktorlarına dair elmi tövsiyələrə əsaslanır.

Bir araşdırma buna "qapalı yerdə ağır nəfəs təhlükəsi" deyir.

Boston Universiteti Tibb Fakültəsinin doktoru David Hamer səs-küy səbəbindən bir-birini eşitmək üçün yaxın durmaqdan tutmuş, yapışqan səthlərə toxunmağa qədər, insanlarla dolu məkanlar sosial məsafə qaydasına zidd olduğunu deyir.

"Barda sosial məsafə saxlaya bilərsinizmi? Maska ilə içki içə bilərsinizmi?" Barlar bütün bu qaydaları pozmaq üçün mükəmməl bir yerdir" - deyə, Hamer bildirir.

Virusun sürətlə yayılması səhiyyə işçilərini də bataqlığa sürükləyə bilər. Miçiqan ştatının Çərqi Lansinq şəhərindəki pivə zavodu 12 mahalda təxminən 140 nəfərin yoluxmasına səbəb olub ki, bu da rəsmilərin tibb tələbələri və təqaüddə olan həkimləri işə cəlb etməsinə yol açıb.

Miçiqan ştatının qubernatoru Qretçen Vitmer ştatın bəzi bölgələrində qapalı barların bağlanmasına sərəncam verib. Tavernalar tamamilə bağlanmayacaq, çünki onlar müştəriləri açıq havada qəbul edə bilir.

XS
SM
MD
LG