Accessibility links

Johnson & Johnson şirkəti COVID-19 peyvəndinin insanlar üzərində son sınaq mərhələsinə başlayıb


ABŞ-ın əczaçılıq nəhəngi Johnson & Johnson şirkəti bir dozalı COVID-19 peyvəndinin insanlar üzərində keçirilən son sınaq mərhələsinə başlayıb.

Johnson & Johnson-un baş elmi işçisi doktor Pol Stoffels çərşənbə günü jurnalistlərə verdiyi açıqlamasında Amerika Birləşmiş Ştatlarının 215 bölgəsində, eləcə də Argentina, Braziliya, Çili, Kolumbiya, Meksika, Peru və Cənubi Afrikada 60 min nəfərə peyvənd edilməyə başlandığını deyib. Doktor Stoffels deyib ki, Johnson & Johnson hazırladığı peyvənd sınaqları ABŞ-da və Belçikada keçirilən 1-ci və 2-ci mərhələsində müsbət nəticələr verdikdən sonra son mərhələyə keçib.

Johnson & Johnson Moderna, AstraZeneca habelə Pfizer və Almaniyanın BioNTech şirkətlərinın ortaq peyvəndindən sonra ABŞ-da genişmiqyaslı üçüncü mərhələdə testdən keçən dördüncü potensial koronavirus peyvəndidir. Hər dörd vaksin Tramp administrasiyasının 2021-ci ilin yanvar ayına qədər 300 milyon doza təsdiqlənmiş bir koronavirus peyvəndinin hazırlanmasını hədəfləyən "Yüksək Sürətli Əməliyyat" təşəbbüsü çərçivəsində inkişaf etdirilir.

Johnson & Johnson peyvəndinin digər potensial üç peyvəndlə müqayisədə əhəmiyyətli üstünlüyü ondan ibarətdir ki, digər şirkətlərin peyvəndləri iki dozada, Johnson & Johnson-un peyvəndi isə tək dozada vurulacaq. Təkdozalı peyvəndin çox soyuq temperaturda dondurulmasına ehtiyac olmaması onun kütləvi peyvənd kampaniyasında istifadəsini asanlaşdırır.

ABŞ prezident Donald Tramp çərşənbə günü Johnson & Johnson-un xəbərini Twitter səhifəsində alqışlayıb. “Böyük xəbər - Bir neçə möhtəşəm şirkət fantastik nəticələr göstərir. @FDA sürətlə hərəkət etməlidir!” - deyə, Tramp hər hansı peyvəndlə bağlı son qərarı verəcək Ərzaq və Dərman Administrasiyasına işarə edib

Şərhlərə bax

XS
SM
MD
LG