Accessibility links

ABŞ-la Meksika arasında NAFTA barədə razılıq əldə edilib


ABŞ-la Meksika arasında Azad Ticarət Razılığının dəyişdirilməsi barədə razılıq əldə edilib. Bundan sonra Kanada ilə razılığın yekunlaşdırılmasına dair danışıqların dərhal baş tutacağına ümidlər yaranıb.

“Biz indi kanadalıları ədalətli və uğurlu nəticələrlə yekun sənəd əldə edilməsinə dəvət edirik” deyə, adı açıqlanmayan rəsmi Reuters-ə bildirib.

“Kanada ilə bəzi problemlər var, lakin onların tez bir zamanda aradan qaldırılacağını düşünürəm”, rəsmi əlavə edib.

ABŞ-Meksika razılığa əsasən avtomobil hissələrinin hasilatının 75 faizini ABŞ və Meksika təşkil etməlidr. İndiyədək bu göstərici 62.5 faiz idi. Sənəddə bu sahədə çalışanların 40-45 faizi saatda 16 dollar alacaq.

Dünən Meksikanın iqtisadiyyat naziri deyib ki, ABŞ-la Şimali Amerika Azad Ticarət razılığının (NAFTA) müzakirəsi "yekun saatlarını"na çatıb.

Amerikanın Ticarət Nümayəndəliyi Ofisində danışan İldefonso Quajardo bildirib ki, müzakirələr Kanada ilə iş aparılması üçün iki həftə davam edə bilər. Kanada sentyabrda əldə edilə biləcək razılığın üçüncü tərəfidir.

ABŞ prezidenti Donald Tramp da Meksika ilə "nəhəng ticarət razılığı" əldə ediləcəyini bildirib. Tramp enerji qaydalarının müəyyən edilə biləcəyini və ya Amerikanın razılıqdan çıxmaq tələbinin həyata keçiriləcəyini deyib.

Şimali Amerika Azad Ticarət razılığının ilk variantı 1994-cü ilin il yanvarın 1-də qüvvəyə minmişdi. Amerika transmilli korporasiyalarının təsiri altında ABŞ administrasiyası tərəfindən irəli sürülmüşdü.

Amerika iqtisadiyyatının Kanada və Meksika iqtisadiyyatı ilə nail olunan qovuşma səviyyəsi onun dövlətlərarası rəsmiləşdirilməsini tələb edirdi. XX əsrin 90-cı illərinin əvvəllərinə dünyada baş verən siyasi və iqtisadi vəziyyətdəki radikal dəyişikliklər də buna şərait yaradırdı.

XS
SM
MD
LG