Accessibility links

ABŞ Manas hərbi bazasını Qırğızıstan hökumətinə təhvil verib


Birləşmiş Ştatlar prezident Barak Obamanın Amerika əsgərlərinin Əfqanıstan çıxarılması səyləri çərçivəsində Mərkəzi Asiyada yeganə hərbi hava bazası olan Manası Qırğızıstan hökumətinə təhvil verib. Moskva isə yaxın müttəfiqi olan Qırğızıstanda öz nüfuzunu bərpa edir.

Rusiyanı razı salmaq məqsədilə Qırğızıstan parlamenti bir il bundan əvvəl ABŞ-ın 2001-ci ildə Əfqanıstanda əməliyyatlara başladığı vaxtdan istifadə etdiyi “Manas” hərbi bazasından iyulun 11-ə qədər çıxmasına səs vermişdi.

Qırğızıstanın əsas hava limanının ərazisində yerləşən “Manas” bazasından 5,3 milyon hərbçinin Əfqanıstana və oradan geriyə aparılıb-gətirilməsində, eyni zamanda, on minlərlə ton yük və yanacaq daşınmasında istifadə edilib.

” Biz azadlıq sərhəddində Əfganıstana qapı olmuşuq”-deyə “Manas” bazasının amerikalı rəisi, polkovnik Con Millard jurnalistlərə bildirib.

Con Millard bazanın rəmzi qızıl açarını Qırğızıstanın Milli Qvardiyasının komandirinin müavini Mirbek İmayevə təhvil verib.

ABŞ prezidenti Barak Obamanın 2014-cü ilin sonuna qədər Əfqanıstandan hərbi qüvvələrin çıxarılaraq, ölkədə 9800 Amerika əsgərinin saxlanması və onların 2016-cı ildə ölkəni tərk etməsi planına görə “Manas” hərbi bazasının Vaşinqton üçün əhəmiyyəti azalır.
XS
SM
MD
LG