Polis nəzarətində olan bir qaradərilinın ölümü çərşənbə günü ABŞ-ın otra qərb Minnesota ştatının Minneapolis şəhərində zorakılıqlara səbəb olub.
Canlı televiziya yayımlarında polis və yanğınsöndürənlər yanan mağazanın ətraqfına toplaşdığı nümayiş etdirilib. Yaxınlıqdakı mağazalarda talançılıq barədə də məlumatlar verilib.
Yanğın bir gün əvvəl etirazçıların polislə toqquşduğu polis məntəqəsi yaxınlığında baş verib. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və süni güllələrdən istifadə edib. Hadisə yerində bir polis maşını vandalizmə məruz qalıb.
Zorakılıqlara saxtakarlıq şübhəsi ilə nəzarətə alınan Corc Floydun ölməsi səbəb olub. Mobil telefonlə çəkilən videoda əlləri qandallanmış Floydun yerə uzandığı və ağdərili bir polis zabitinin dizinin onun boğazında olduğunu görmək olub. Floydun "nəfəs ala bilmirəm" deyə, yalvarmasına baxmayaraq, polis onu bir neçə dəqiqə, hərəkətsiz qalana qədər belə vəziyyətdə saxlayıb.
Xəstəxanaya çatdırıldıqdan sonra onun öldüyü bildirilib.
Minneapolis şəhərinin meri Cakob Frey çərşənbə günü yerli prokurorları Floydun boğazını sıxan polis məmuruna qarşı cinayət işi açmağa çağırıb. "Corc Floydu öldürən adam niyə həbsdə deyil?" - deyə, Frey brifinq zamanı sual edib.
Video nümayiş etdirildikdən sonra Floydun həbsində iştirak edən polis və daha üç nəfər bazar ertəsi işdən çıxarılıb.