Cümə günü ABŞ-ın Nümayəndələr Palatasının Məhkəmə Komitəsi Amazon-un qurucusu Jeff Bezosu şirkətin iş təcrübəsi ilə əlaqəli olan "rəqabət narahatlıqları" ilə bağlı paneldə ifadə verməyə çağırıb.
Bezosa göndərilən məktub demokratlar və respublikaçılardan ibarət panel üzvləri tərəfindən imzalanıb. Məktubda deyilir ki, əgər aprelin 23-də Wall Street Journal-da çıxan məqalədəki hesabat həqiqətə uyğundursa, Amazon şirkəti iş təcrübəsi ilə əlaqədar komitəyə verdiyi açıqlamalar yanıldıcı, bəlkə də cinayət tərkibli və ya yanlış görünür."
Keçən ay Wall Street Journal Amazon-un üçüncü tərəf satıcıların spesifik satış məlumatlarından faydalandığı haqqında yazıb. Lakin Amazonun hüquqşünası Konqresə şirkəti belə bir üsuldan istifadə etmədiyini bildirmişdi. Sonrakı ifadələrdə də Amazon "özəl markaların satışına qərar verilərkən fərdi məlumatlarından istifadə etmədiyini" bildirmişdi.