Accessibility links

ABŞ ordusu: Kabil hava limanının qarşısında iki deyil, bir intiharçı hücum həyata keçirib


ABŞ Müdafiə Nazirliyindən cümə günü verilən məlumata görə, cümə axşamı Kabil hava limanının yaxınlığında ABŞ hərbçiləri də daxil olmaqla 100-dən çox insanın ölümünə səbəb olan hücumu əvvəl inanıldığı kimi iki deyil, bir intiharçı həyata keçirib.

"Bu kimi çox dinamik hadisələrin qarışıqlığının bəzən məlumatların yanlış yazılmasına və ya səhv olmasına səbəb olması təəccüblü deyil" – deyə, ABŞ Ordusunun generalı Henk Teylor Pentaqonun mətbuat konfransında jurnalistlərə verdiyi açıqlamada qeyd edib.

Pentaqon sözçüsü Con Kirbi brifinqdə ABŞ-ın hava limanına qarşı başqa "konkret, etibarlı" təhdidlərin olduğuna inandığını deyərək, "şübhəsiz ki, hazırıq və gələcək cəhdləri gözləyəcəyik" fikirlərini əlavə edib.

Risklərə baxmayaraq, Əfqanıstanı tərk etmək istəyən insanlar, ölümcül partlayışdan bir gün keçməmiş təxliyə uçuşları bərpa edildikcə cümə günü səhər Kabil hava limanının qarşısında toplaşıblar.

The Wall Street Journal qəzeti cümə günü daha bir terror aktının olacağı ilə bağlı şayiələr yayılandan sonra kütlələrin dağıldığını bildirib. Cümə günü səhər saatlarında bölgəni ziyarət edən Amerikanın Səsinin müxbiri Talibanın hava limanının yaxınlığındakı küçələrə girişi bağladığını və küçələrin əsasən boş olduğunu görüb.

İslam Dövləti qrupu Həmid Kərzai Beynəlxalq Hava Limanının perimetri boyu iki yerdə: Abbi Qapısı yaxınlığında və yaxınlıqdakı bir otelin yanındakı partlayışlardan bir neçə saat sonra özünün xəbər agentliyinin Telegram kanalında hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri amerikalı general Frank Makkenzi Pentaqonda keçirdiyi brifinqdə partlayışlardan sonra silahlı qarşıdurma baş verdiyini deyib.

Hücumlarda İslam Dövlətinin İŞİD-Xorasan və ya İŞİD-K kimi tanınan regional bölməsi günahlandırılırdı.

ABŞ Prezidenti Co Bayden hücumlarda əli olanlardan qisas alacağına söz verib.

"Bu hücumu həyata keçirənlər və Amerikaya zərər vermək istəyən hər kəs bunu bilsin: biz bağışlamayacağıq, bunu unutmayacağıq. Sizi tapıb bunun bədəlini ödəməyə məcbur edəcəyik" – deyə, prezident Bayden milli televiziyada yayımlanan çıxışı zamanı qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG