Accessibility links

ABŞ prezidenti Kaliforniya yanğınlarını böyük fəlakət adlandırıb


ABŞ prezidenti Kaliforniya yanğınlarını böyük fəlakət adlandırıb. Donald Tramp federal büdcədən yanğınlarla mübarizə üçün vəsait ayrılmasına göstəriş verib.

"Yardımlar müvəqqəti yaşayış yerləri və evlərin təmirinə ayrılıb. Sığortası olmayan evlər və bizneslərə fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım göstəriləcək " - deyə, Ağ Evin bəyanatında bildirilir.

Kaliforniya qubernatoru Cerri Braun prezidentə təcili yardım üçün müraciət edib.

Kaliforniyada hazırda fəal 17 yanğın qeydə alınıb. Turizmin ən izdihamlı yeri olan Milli Yosemit parkı bağlanıb.

Çərşənbə günü Kaliforniya ştatının tarixində ən dəhşətli meşə yanğınlarından biri 1000-dən çox evi viran qoyub, 200-ə yaxın evi isə zədələyib.

Yanğınsöndürənlər ştatın şimal hissəsindəki Reddinq şəhəri yaxınlığında hələ də yanğınla mübarizə aparır. Qubernator Cerri Braun yanğını söndürmək üçün bütün resurslardan istifadə edəcəyini vəd edib.

Yüksək temperatur və quraqlıqlar barədə hava proqnozları yanğınla mübarizəni çətinləşdirir.

Yanğınsöndürənlər altı nəfərin həyatına son qoyan ölümçül yanğınların 41 faizinə nəzarəti ələ ala bilib.

533 kvadrat kilometrlik ərazi yanğından yararsız hala düşüb. 2 yanğınsöndürən həlak olub.

VOA News

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG