Accessibility links

ABŞ prezidenti Müllerin hesabatının ona ziyan vuracağına dair iddialara reaksiya bildirib


ABŞ prezidenti və Ağ Ev xüsusi təhqiqatçı Robert Müllerin hesabatının ona ziyan vuracağına dair iddialara reaksiya bildirib.

Donald Tramp Twitter-də yazıb ki, "Göründüyü kimi Bob Müllerin qəzəb və kin dolu 13 nəfərlik komandası qeyri-qanuni şəkildə məlumatı mətbuata sızdırır. Saxta xəbərlər isə mənbələrə istinad edərək və ya etməyərək öz hekayələrini yayır. Bunun artıq korrupsiyalaşmış və qeyri-səmimi media üçün əhəmiyyəti yoxdur!"

Prezident Aparatının rəhbəri Mik Malvani isə deyib ki demokratlar həqiqətən Müllerin Trampın Rusiya ilə əlaqəsini üzə çıxaracağına inanırdı. O, Demokrat Partiyasının Trampla bağlı ruhi xəstəlik sindromuna yoluxduğunu deyib.

Mik Malvani
Mik Malvani

The New York Times and The Washington Post-un yazdığına görə, ABŞ prezidenti Donald Trampın 2016-cı il seçki kampaniyasına dair hesabatı araşdıran təhqiqatçılar hesabatın Tramp üçün baş prokuror Uilyam Barrın dediklərindən daha ziyanverici olduğunu yazır.

ABŞ-ın baş prokuroru Uilyam Barr xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi ilə bağlı hesabatında prezident Donald Tramp və ya onun kampaniyasında işləyən hər hansı şəxsin Rusiya ilə əlaqəsi olduğuna dair heç bir sübut tapmadığını bildirib.

The Washington Post yazır ki, Müller komandası Trampın ədaləti əngəllədiyinə dair topladıqları dəlillər kifayət qədər əsaslı olduğuna inanır.

The New York Times isə Barrın hesabatla bağlı xülasəsisinin ilk fikir olduğunu və fikirlərin yekun hesabatın açıqlanmasından sonra formalaşacağını yazıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG