Accessibility links

ABŞ prezidenti mediaya qarşı tənqidlərini bərpa edib


ABŞ prezidenti mediaya qarşı tənqidlərini bərpa edib. Donald Tramp deyib ki, milli xəbər agentliikləri "olduqca təhlükəli və xəstədir!"

"Yalan xəbərlər mənim onları xalqın düşməni adlandırdığıma nifrət edir. Çünki onlar nəyin DOĞRU olduğunu yaxşı bilir" - deyə, Tramp Nyu-Cersidəki Bedminster qolf kurortundan tvit edib.

ABŞ dövlət başçısı mətbuatın müharibəyə yol açdığını yazıb.

Tramp oğlunun 2016-cı il seçkiləri zamanı Rusiya vəkili ilə əlaqəsinı dair xəbərlərin tamamilə uydurma olduğunu deyib.

Prezident Nyu-Yorkdakı seçki qərargahı olan Trump Tower-də sabiq vəkili Maykl Kohenin xüsusi nümayəndə Robert Müllerə Trampın oğlunun atasına görüş barədə əvvəlcədən xəbər verdiyinə dair məlumat verəcəyi barədə xəbərlərlə üzləşib.

​"Yalan və korrupsiya haqda məlumat verməkdən imtina edən media yalnız ifritə sorağındadır. Məhz buna görə mən xəbərləri SAXTA adlandırıram!" - deyə, Tramp əlavə edib.

Trampın mediaya bu son hücumu onun 18 aylıq prezidentlik dövrünə təsadüf edir. O, ABŞ-ın Ohayo ştatında tərəfdarları ilə görüşüb, Nümayəndələr Palatasına respublikaçı namizədlərin kampaniyasını aparıb.

Amerikada 435 yerli NP və 100 yerli Senatı müəyyən edəcək ara seçkiləri noyabrın 6-da keçiriləcək.

XS
SM
MD
LG