Accessibility links

ABŞ Qvatemala və Vyetnama vaksin ianə edəcək


ABŞ Qvatemala və Vyetnama vaksin ianə edəcək
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Bayden administrasiyası çərşənbə axşamı Qvatemala və Vyetnama milyonlarla doza Moderna vaksini göndərəcəyini elan edib, ötən həftə isə İndoneziyaya 4 milyon doza vəd edib. Lakin ümumilikdə ABŞ iyunun sonuna qədər ehtiyacı olan ölkələrə 80 milyon doza vaksin göndərmək hədəfinə çatmayıb.

İki ölkəyə bu həftə ABŞ-dan vaksin ianəsi çatdırılacaq. Bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

“Həm Qvatemala həm də Vyetnama Bayden-Harris administrasiyasından COVID vaksinləri çatdırılacaq. Qvatemalaya 1.5 milyon doza Moderna vaksini, Vyetnama isə 2 milyon doza Moderna vaksini göndəriləcək,” Ağ Evin mətbuat katini Cen Psaki bildirib.

İndoneziyada koronavirusa yoluxmalar artdığı və insanlar peyvənd vurmaq üçün növbə gözlədiyi bir vaxt Bayden administrasiyası ötən həftə ölkəyə ən qısa müddətdə 4 milyon doza Moderna vaksini göndərməyi vəd edib.

ABŞ dünya boyu 580 milyon doza vaksin ianə etməyi vəd edib. Lakin iyun ayının sonuna qədər 80 milyon doza vaksini göndərmək hədəfinə çatmayıb. Psaki Amerikanın Səsinə bildirib ki, bir çox çətinliklər bunun qarşısını alıb.

“Bəzən hüquqi əngəlləri aşmalı oluruq. Biz nizamlayıcı baryerləri aşmalıyıq. Bu vaksinlərin çatdırılması üçün lazım olan materiallarla bağlı probləmlər var, bundan əvvəl soyuducu ilə əlaqədar nəqliyyat problemləri var. Ona görə də, qeyd etdiyimiz kimi, biz vəd etdiyimiz dozalar ayırsaq da, onların göndərildiyi ölkələr vaksinləri qəbul etməyə hazır olmalıdırlar,” Cen Psaki deyib.

Çətinliklər müvafiq vaksini müəyyən etməklə başlayır. ABŞ-ın ehtiyatında olan vaksinlərin çoxu Moderna və Pfizerdən ibarətdir ki, onları saxlamaq üçün ultra-soyuq soyuduculara ehtiyac var, amma hər ölkə buna hazır deyil.

“Onlar ora çatdığında biz göndərdiyimiz dozaların son möhlət tarixini bilməliyik. Biz həmin ölkədə həmin vaksindən istifadəyə və onun idxalına icazənin olub-olmadığını bilməliyik. Və bu təkcə başlanğıcdır. Ondan sonra biz vaksinlərin son ana qədər soyuducuda aparıldığından, işçilərin hazır olduğundan, vaksin tətbiq edən şəxslərə təlim verildiyindən əmin olmalıyıq,” Duke Universitetinin Qlobal Sağlamlıq İnnovasiya Mərkəzinin direktoru Krişna Udayakumar bildirir.

Vaksinlərin göndərildiyi ölkələr həmçinin vaksin aldıqları başqa ölkələr və təşkilatlar, o cümlədən COVAX, Çin və Rusiya ilə koordinasiya etməlidirlər ki, bunun üçün də bir çox planlaşdırma və mürəkkəb tədarük zəncirinin idarə olunması tələb olunur.

“Vaksinləri göndərməyin logistika baxımından mürəkkəb bir proses olduğu təəcüblü gəlməməlidir. Amma biz geridə qalırıq. Biz altı ay öncə bunun üzərində işləməli idik,” Udayakumar bildirir.

Bundan əlavə ortada vaksinlərin sadəcə olaraq varlı ölkələrə getdiyi faktı da var.

“Bu həftənin sonunadək 160 milyon tam vaksin olmuş insan məqsədimizə çatmış olacağıq,” Prezident Co Bayden söyləyib.

“Biz pandemiyaya son qoyacaq şeyin qlobal təchizatını Birləşmiş Ştatlar, Böyük Yeddilər və Avropa İttifaqı ölkələrində saxlamışıq. Və hələ ki, onları hər birimizi qoruyacaq qlobal immunitetə çatmaq üçün lazım olan sürətdə və miqyasda paylamırıq,” One Campaign-dən Tom Hart bildirib.

Hələ ki, ABŞ iyun ayının sonuna qədər vəd etdiyi 80 milyon dozanın təxminən yarısını ianə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG