Accessibility links

ABŞ rəsmiləri iqtisadi artım proqnozlaşdırır


ABŞ rəsmiləri iqtisadi artım proqnozlaşdırır
please wait

No media source currently available

0:00 0:02:40 0:00

ABŞ-ın səhm birjasının bərpa olmasına baxmayaraq, Macy’s və American Airlines şirkətlərinin səhm qiymətləri azalıb. Digər pərakəndə mallar satan şirkətlərin də səhmləri azalıb. Buna J.C. Penney, Nordstrom və Kohl's də daxildir. Bu məlumatlar digər ikonik mağaza hesab edilən Sears-ın ayaqda qalmaq üçün mücadilə etdiyi zamana təsadüf edib. Lakin ABŞ-ın ticarət və maliyyə rəsmiləri deyir ki, ABŞ iqtisadiyyatı möhkəm zəmin üzərindədir və gələcək illərdə artmağa davam edəcək.

Bəziləri bizi zəiflətmək istəyirlər, lakin tənəzzül hazırkı reallığa uyğun gəlmir. Vaşinqtondakı bütün çətinliklərə, dünyadakı qeyri-müəyyənliklərə və bazarlardakı dəyişkənliklərə baxmayaraq, yaxın gələcəkdə güclü iqtisadi vəziyyətin davam edəcəyi gözlənilir.
Tom Donohyu

Nyu Yorkda keçirdiyi Şükranlıq Paradı ilə məşhur olan Macy’s mağazalar şəbəkəsi cümə axşamı bildirib ki, dekabr ayının ortalarında məyusedici bayram satışları onların 2018-ci il üçün olan gəlir proqnozlarını azaldıb. Nəticədə mağazanın səhm qiymətləri 18 faiz azalıb.

“Əgər səhm birjasındakı son trendlərə nəzər salsaq görərik ki, istehlakçılar ehtiyacları olan mallara daha çox pul xərcləyir, nəyinki istədikləri mallara” – deyə, Redmount Capital Partners-dən Vinsent Katalano bildirir.

Bəzi pərakəndə mallar satan şirkətlər satışların, xüsusən də onlayn məkanda yaxşı getdiyini deyir. Lakin bəziləri narahatdır ki, ABŞ-ın Çinlə tarif müharibəsi bunu dəyişə bilər.

“Əgər bu tarif vəziyyəti və gəlirlərə bağlı qeyri-müəyyənlik olmasa, satışları unudub, gəlirləri düşünsək, bazar fərqli olardı”, American Apparel & Footwear Assosiasiyasından Rik Helfenbein bildirib.

ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel cümə axşamı bildirib ki, qlobal iqtisadiyyatla bağlı narahatlıq və hazırda davam edən ticarət danışıqları maliyyə bazarlarında çaxnaşma yaradıb, amma son məlumatlar ABŞ iqtisadiyyatının davamlı olaraq artdığını göstərir.

“Bu il yaxşı momentum var. Mənim əsas narahatlığım qlobal artımla bağlıdır. Asiyaya, Avropaya baxsanız, artımın azaldığını görə bilərsiniz. Burda belə bir sual yaranır ki, ‘bu bizə nə cür təsir göstərəcək?’ Qlobal iqtisadiyyat və qlobal maliyyə bazarları bir-birinə sıx bağlıdır, ona görə də biz bunun təsirini hiss edəcəyik”, o deyir.

Macy's mağazası
Macy's mağazası

ABŞ bizneslərinin 2019-cü il perspektivləri ilə bağlı etdiyi mühüm çıxışında ABŞ Ticarət Palatasının başçısı Tom Donohyu ABŞ iqtisadiyyatının zəiflədiyinə dair fikirləri rədd edib.

“Bəziləri bizi zəiflətmək istəyirlər, lakin tənəzzül hazırkı reallığa uyğun gəlmir. Vaşinqtondakı bütün çətinliklərə, dünyadakı qeyri-müəyyənliklərə və bazarlardakı dəyişkənliklərə baxmayaraq, yaxın gələcəkdə güclü iqtisadi vəziyyətin davam edəcəyi gözlənilir”, o söyləyib.

Donohyu deyib ki, tariflərin artırılması yolu ilə aparılan ticarət müharibələri ABŞ iqtisadiyyatına xələl gətirir. O, administrasiyanı müttəfiqləri ilə işləyərək, beynəlxalq ticarət qanunlarına hörmət etməsi üçün Çinə təzyiq göstərməyə çağırıb. Bu arada isə Vaşinqton və Pekin ötən həftə yeni danışıqlar aparıb.

XS
SM
MD
LG