Birləşmiş Ştatlar çərşənbə axşamı günü Cenevrədə Rusiya ilə ortamənzilli raketlərin ləğvinə dair danışıqlardan narazı qaldığını ifadə edib. ABŞ dövlət katibinin silahlara nəzarət məsələləri üzrə müavini Andrea Tompsonun bildirdiyinə görə, Rusiya müqavilənin şərtlərini pozmaqda davam edir və razılaşmalarının icrasına qayıtmağı necə planlaşdırdığını izah etməyə hazır deyil.
"Bu görüş çox məyusdedici idi, belə ki, Rusiyanın müqaviləni pozmasını davam etdirdiyi aşkardır və Rusiya bu müqavilənin tam və yoxlanıla biləcək şəkildə icrasına necə qayıtmağı planladırdığını izah etməyə hazır deyil”, o bildirib.
Rusiya tərəfdən danışıqlarda Moskvanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov başçılıq edib.
Rusiyanın RİA Novosti xəbər agentliyi Ryabkova istinadən edərək, onun “bütün məsuliyyətin Amerikanın üzərinə düşdüyünü” dediyi haqda məlumat verib.
ABŞ prezidenti Donald Tramp keçən il oktyabr ayında ABŞ-ın Rusiya ilə ortamənzilli nüvə silahlarının ləğvinə dair müqavilədən Kremlin razılaşmanın şərtlərini dəfələrlə pozduğuna görə çıxa biləcəyini deyib.
1987-ci ildə ABŞ-ın o zaman prezidenti olan Ronald Reyqan və sovet lideri Mixail Qorbaçov tərəfindən imzalanmış Orta Mənzilli Raketlərin İxtisarına dair Müqavilə qısa müddət ərzində nüvə hücumu keçirmək qabiliyyətini azaldaraq, 500 və 5 min 500 kilometrlik məsafəni qət edə bilən bütün nüvə raketlərinin ixtisarını nəzərdə tutur.
Moskva ABŞ-ın müqavilənin şərtlərinin pozulması ilə bağlı ittihamlarını rədd edir. Rusiya Birləşmiş Ştatların qərarını “şantaj” adlandırıb və buna “müvafiq hərbi-texniki cavab tədbirləri veriləcəyi ilə” hədələyib. Rusiya hərbi komandanlığı bəyan edib ki, Orta Mənzilli Raketlərin İxtisarına dair Müqavilənin ləğvindən sonra Rusiynın mümkün hədəfləri ABŞ raketlərinin yerləşdirildiyi ölkələr ola bilər.
ABŞ Rusiyaya iradların nəzərdən keçirilməsi və müqavilənin şərtlərinin əməl olunmasına qayıtmaq üçüçn fevral ayına qədər vaxt verib.