Accessibility links

ABŞ: Rusiya və İran noyabrda keçirilən seçkiyə müdaxilə edib, Çin isə etməyib


ABŞ-ın kəşfiyyat rəsmilərinin təhqiqat nəticələri Rusiya və İranın bir sıra başqa ölkə və qruplarla birlikdə 2020-ci ilin noyabr ayında keçirilən prezident seçkisinin nəticəsinə təsir göstərməyə çalışdığını göstrərir. Lakin hesabatda həmçinin qeyd olunur ki, bir sıra yüksək vəzifəli rəsmilərin xəbərdarlıqlarına baxmayaraq, Çin seçkiyə müdaxilə etməməyə qərar verib.

Çərşənbə axşamı Milli Kəşfiyyat İdarəsinin yaydığı məxfiliyi aradan qaldırılmış hesabat ABŞ kəşfiyyat icmasının Co Baydenin sabiq prezident Donald Trampa qalib gəldiyi seçkiyə xarici müdaxilə ilə bağlı son hesabatıdır.

Hesabat ilk olaraq yanvar ayında hazırlanıb və məxfi formada Tramp administrasiyasına təqdim olunub. Hesabatın məxfi olmayan versiyası qanuna uyğun olaraq amerikalı seçicilərə təhlükələr və onların Amerika demokratiyasına təsiri ilə bağlı ümumi məlumat verir.

Tehranda ilk səhifəsində Co Baydenin şəkli olan qəzet.
Tehranda ilk səhifəsində Co Baydenin şəkli olan qəzet.

Hesabatda heç bir xarici oyunçunun kritik sistemlərə və ya kimin necə səs verdiyinə dair məlumata çıxış əldə edə bilmədiyi bildirilib. Lakin hesabatda Çinlə bağlı yazılan məlumatlar kəşfiyyat hesabatının ictimaiyyətə ilk necə təqdim olunduğu ilə bağlı yeni suallar yarada bilər.

“Biz Çinin ABŞ Prezident seçkisinə müdaxilə etməyə cəhd göstərmədiyi, seçki nəticələrinə isə təsir göstərməyi nəzərdən keçirdiyi, amma buna cəhd etmədiyinə dair nəticəyə gəldik,” yeni yayılan hesabatda bildirilir.

“Çin Birləşmiş Ştatlarla münasibətdə sabitlik istəyirdi, və seçkinin hər iki mümkün nəticəsini Çin üçün seçkidə müdaxilə etmək riskini gözə alacaq qədər sərfəli olaraq görmürdü və qalibdən asılı olmayaraq ənənvi təsir vasitələrinin, yəni hədəfli iqtisadi tədbirlər və lobbiçiliyin ABŞ-Çin münasibətlərini formalaşdırmaq məqsədinə çatmaq üçün yetərli olduğuna dair nətəcəyə gəldi,” hesabatda bildirilir.

Öncəki xəbərdarlıqlar

Bu yeni məlumatlar aylar boyu seçicilərə mümkün təhlükələr, xüsusilə də Çin, Rusiya və İranın səyləri barədə kəşfiyyat rəsmilərinin xəbərdarlıqlarından fərqlidir.

“Çin Birləşmiş Ştatlarda siyasi mühiti formalaşdırmaq, Çinin maraqlarına qarşı olduğunu düşündüyü siyasi xadimlərə təsir göstərmək və Çinlə bağlı tənqidlərə qarşı çıxmaq üçün təsir səylərini genişləndirir,” Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin ozamankı direktoru Vilyam Evanina ötən iyul ayında, seçkidən 100 gün öncə yaydığı bəynatında bildirmişdi. “Pekin səylərinin prezident seçkisinə təsir göstərə biləcəyini dərk edir,” o əlavə etmişdi.

Milli Kəşfiyyat İdarəsinin ozamankı direktoru Con Ratklif isə Fox Business News-a verdiyi müsahibədə “Mən bunun təkcə Çinə aid olduğunu demək istəmirəm. Çin, Rusiya və digər oyunçuların hamısı öz mənfəətləri üçün bizim seçkimizə təsir göstərməyə və ya müdaxilə etməyə çalışırlar.”

Milli Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Ratklif
Milli Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Ratklif

Lakin o, Çinin səylərinin digərlərindən fərqli olduğunu demişdi.

“Çin böyük və təkmilləşdirilmiş təsir kampaniyasından istifadə edir,” Ratklif deyib.

Tramp özü də Çinin onun məğlub olmasını istədiyini deyirdi.

“Çin Donald Trampın yuxulu Co Baydenə məğlub gəldiyi seçkinin olduğu istəyir. Onlar bizim ölkəyə sahib çıxarlar,” Tramp ötən avqust ayında mətbuat konfransında söyləmişdi.

İctimaiyyətə açılmış hesabat

İcitmaiyyətə yeni açılmış hesabatda ABŞ kəşfiyyat təsmiləri Pekinin seşki nəticələrini dəyişmək üçün yüksək inkişaf etdirilmiş təsir mexanizmindən istifadə etmədiyini bildirib.

“Biz Çinin seçki infrasturkturuna müdaxilə etdiyinə və ya hər hansı namizəd və ya partiyanı maliyyələşdirdiyinə dair dəlil əldə etmədik,” hesabatda qeyd olunur.

Hesabatda bildirilib ki, Pekin daha öncə ABŞ seçkilərinə, o cümlədən 2018-ci il seçkilərinə təsir göstərmək istəyib. “Amma biz onların seçki nəticələrini dəyişmək üçün bu imkanlarında istifadə etdiyini müşahidə etməmişik,” hesabatda qeyd olunur.

Milli Kəşfiyyat İdarəsi hesabatda Çinlə bağlı gəlindiyi nəticələrlə bağlı son dərəcə əminliyini ifadə etsə də, müəyyən fikir ayrılıqlarının olduğunu da vurğulayıb.

“Kiber-hücumlar üzrə Milli Kəşfiyyat Zabiti (NIO) Çinin sabiq prezident Trampın yenidən seçilmə şanslarına xələl gətirmək üçün xüsusilə də sosial media və rəsmi ictamai bəyanatlar və mətbuat vasitəsilə bəzi addımlar atdığına dair nəticəyə gəlib,” hesabatda bildirilir və qeyd olunur ki, NIO Pekinin Baydenə üstünlük verdiyinə dair işarələrə daha böyük diqqət ayırıb.

NIO həmçinin orta əminliklə iddia edib ki, dəlillər Çinin 2020-ci ilin iyun ayından avqust ayınadək təsir əməliyyatlarını artırıb, amma “əks təsirlərin qarşısını almaq” üçün səylərini tənzimləyib.

Lakin Amerikanın Səsinə hesabatla bağlı danışan bir neçə sabir kəşfiyyat rəsmisi Çinlə bağlı yeni üzə çıxan məlumatların gözlənilməz olmadığını deyib.

“Milli Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Ratklifin siyasi missiyası Rusiyanın müdaxiləsinin əhəmiyyətini kiçiltmək idi, bunu etməyin bir yolu da Çinin müdaxilə ehtimalının da Rusiyanın müdaxiləsi qədər yüksək və əhəmiyyətli olduğuna dair düşüncə irəli sürmək idi,” Trampı tənqid edən Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş yüksək səviyyəli zabiti Pol Pillar deyib.

Hesabatdakı məlumatlara əsasən, Rusiyanın 2020-ci il ABŞ prezident seçkisi ilə bağlı səyləri 2016-cı ildən fərqli idi. O zaman Rusiyanın kiber oyunçuları ABŞ-ın seçki infrastrukturuna çıxış əldə etməyə çalışırdı.

Rusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin

Bu dəfə isə Putin “Prezident Baydenin namizədliyini və Demokrat Partiyasını ləkələmək məqsədilə təsir əməliyyatlarına” göstəriş vermişdi, eyni zamanda isə Trampa dəstək irəli sürmüşdü, hesabatda bildirilir.

“Bu dəfəki seçkidə Moskvanın strategiyasının əsas elementi Prezident Baydenin əleyhinə əsassız və ya yanıldıcı ittihamlar irəli sürmək üçün Rusiya kəşfiyyatı ilə əlaqəsi olan vasitəçilərdən istifadə etmək idi,” hesabatda qeyd olunur.

İranın səyləri

İrana gəldikdə isə ODNI-ın hesabatında bildirilir ki, Tehran “keçmiş Prezident Trampın yenidən seçilmək ehtimalını azaltmaq, eyni zamanda rəqibini də birbaşa təbliğ etməmək üçün çoxtərəfli gizli təsir kampaniyası aparıb.”

Həm Rusiya, həm də İran təsir əməliyyatlarından istifadə edərək ABŞ cəmiyyətində mövcud ixtilafı dərinləşdirməyə və demokratik prosesə etimadı sarsıtmağa çalışıb.

Bundan əlavə hesabatda xəbərdarlıq edilir ki, bir sıra başqa xarici oyunçular, o cümlədən livanlı Hizbulla, Kuba və Venesueala prezident seçkisinin nəticələrinə təsir göstərmək üçün addımlar atıb.

“Pis niyyətli xarici təsir ölkəmizin üzləşdiyi davamlı bir problemdir” Milli Kəşfiyyat idarəsinin direktoru Avril Heyns çərşənbə günü bəyanatında bildirib.

XS
SM
MD
LG