Accessibility links

ABŞ Rusiyadakı iki konsulluğunu bağlamağı planlaşdırır


Tramp administrasiyası Konqresə Rusiyada son iki konsulluğu bağlamaq niyyətinin olduğuna dair bildiriş verib.

Dövlət Departamenti ötən ay qanunvericilərə Rusiyanın şərqindəki Vladivostok şəhərindəki konsulluğunu həmişəlik bağlamaq, Ural dağlarının şərqindəki Yekaterinburq şəhərindəki konsulluqda isə əməliyyatları müvəqqəti dayandırmaq istədiyini bildirib.

Bildiriş Konqresə dekabrın 10-da göndərilsə də, həmin zaman ona az diqqət ayırılıb. Bu, kibertəhlükəsizliklə bağlı böyük narahatlıqlara səbəb olan Rusiyanın ABŞ hökümətinin komyuterlərində müdaxiləsi və özəl komyuter sistemləri ilə bağlı xəbərlərin ictimai şəkildə yayılmasından üç gün öncəyə təsadüf edib.

The Associated Press mətbuat orqanının ələ keçirdiyi bildiriş nüsxəsində deyilir ki, konsulluğun bağlanması ilə bağlı qərarın səbəbləri Rusiya rəsmilərinin 2017-ci ildə ölkədə işləməsinə icazə verilən ABŞ diplomatlarının sayını məhdudlaşdırmasıdır.

Bu addımlar “Rusiyanın 2017-ci ildə ABŞ missiyasının personal sayına limit tətbiq etməsindən sonra ABŞ-ın Rusiyadakı missiyasında yaranan işçi problemlərinə və bunun nəticəsində Rusiya ilə diplomatik vizalarla bağlı yaranan çıxılmaz vəziyyətə cavab olaraq atılır,” bildirişdə qeyd olunub.

Bu konsulluqların bağlanmasından sonra ABŞ-ın Rusiyadakı yeganə diplomatik təsisi Moskvadakı səfirlik olacaq. ABŞ-ın sabiq rus casusunun Britaniyada səhərlənməsinə cavab olaraq Rusiyanın Sietldakı konsulluğunun bağlanmasına göstəriş verməsinin ardınca Rusiya 2018-ci ildə ABŞ-ın Sankt Peterburqdakı konsulluğunun bağlanmasına göstəriş verib.

Vladivostokdakı konsulluq mart ayında koronavirus pandemiyası səbəbilə müvəqqəti bağlanıb, oradakı işçilər isə həssas avadanlıqları, sənədləri və başqa əşyaları binadan çıxarmağa başlayıblar. Vladivostok və Yekaterinburqdakı konsulluqlarda ümumilikdə 10 amerikalı diplomat və 33 yerli işçi çalışır.

Konsulluqların dəqiq nə zaman bağlanacağı hələ ki, müəyyən edilməyib. Bildirişə əsasən, amerikalı işçilər Moskvadakı səfirliyə yerləşdiriləcəklər, yerli işçilər isə işdən çıxarılacaq. Dövlət Departamenti Vladivostok konsulluğunun həmişəlik bağlanması sayəsində ABŞ-ın ildə 3.2 milyon dollar qənaət edəcəyini təxmin edir.

Bununla ABŞ-ın Rusiyada Moskvadan şərqdəki heç bir hissəsində diplomatic nümayəndəliyi olmayacaq. Bu isə Rusiyanın uzaq şərqinə səfər edən amerikalılar, habelə regionda ABŞ-a gəlmək üçün viza almaq istəyən ruslar üçün çətinlik yaradacaq, çünki konsulluq xidmətləri Moskvadakı səfirlikdə həyata keçirilicək.

XS
SM
MD
LG