Accessibility links

ABŞ Senatı Baydenin Müdafiə naziri vəzifəsinə seçimini təsdiqlədi


Cümə günü ABŞ Senatı prezident Co Baydenin nominasiya etdiyi Lloyd Austinin Müdafiə Naziri vəzifəsinə təsdiqləyib. Beləliklə təqaüddə olan General Lloyd Austin ABŞ-da Müdafiə Naziri vəzifəsini tutan ilk Afrikalı Amerikalı oldu. Austin Senatda 93-2 səs fərqi ilə təsdiq olunub.

"Ölkəmizin 28-ci Müdafiə Katibi kimi xidmət etmək şərəf və imtiyazdır. Və bu vəzifəni tutan ilk Afrikalı Amerikalı olduğum üçün xüsusi qürur duyuram. Gəlin işə başlayaq ” deyə Austin cümə günü Twitter-də yazıb.

Səsvermədən bir gün öncə Senat ABŞ-ın Yaxın Şərq və Cənubi Asiyadakı qoşunlarının keçmiş komandanı olan General Austinin ordudan təqaüdə çıxmasından yeddi ildən qısa müddət sonra mülki vəzifəyə gəlməsini qanuni olaraq təsdiq edib.

Austin keçən çərşənbə axşamı keçirilən təsdiqləmə dinləməsində ilk prioritetinin ölkənin koronavirus pandemiyasına qarşı mübarizəsini gücləndirmək olduğunu bildirib, ABŞ müdafiə rəsmiləri də onun cümə günü and içdikdən sonra bu səylər barədə məlumat ala biləcəyini deyiblər.

O, Senatın Silahlı Qüvvələr Komitəsinin üzvlərinə "Hazırda ölkəmiz üçün ən böyük problem... pandemiyadır" deyib.

“[Koronavirus] 400,000-dən çox Amerika vətəndaşımız öldürüldü. Bu, sadəcə inanılmaz, inanılmaz bir həyat itkisidir "deyən Austin "yoluxmanın qarşısını almaq və bunun dəyişdirilməsi üçün əlimizdən gələni etməliyik" bildirib.

Lakin Austin Rusiya da daxil olmaqla ABŞ rəqiblərinə qarşı mübarizə aparmaq üçün sürətli bir şəkildə hərbi siyasətlə məşğul olmaq məcburiyyətində qalacaq.

Yeni təsdiqlənmiş Austin, böyük ehtimalla, Çin və İran təcavüzkarlığı da daxil olmaqla digər təcili narahatlıqlarla da mübarizə aparmalı, habelə Donald Trampın bu yaxınlarda qoşunların sayını azaltdığı Əfqanıstan və İraq kimi münaqişə bölgələrində hansı istiqamətdə işlərin getməli olduğu müəyyən etməldir.

Cümə günü Senatdakı səsvermə ilə Austin ABŞ-ın yeni təhlükəsizlik komandasının təsdiqlənən ikinci üzvü oldu. Ondan əvvəl isə çərşənbə günü qanunvericilər Milli Kəşfiyyat idarəsinin direktoru Avril Heynsi təsdiqləyiblər.

ABŞ kəşfiyyat komitəsinə rəhbərlik edən ilk qadın olan Heyns cümə axşamı and içərək prezidentin gündəlik kəşfiyyat brifinqində iştirak etməyə başlayıb.

XS
SM
MD
LG