Accessibility links

ABŞ qanunvericiləri Ağ Evi Ukraynaya silah çatdırılmasını sürətləndirməyə çağırıb


Ukraynaya səfərdən yeni qayıdan ABŞ qanunvericiləri Vaşinqtonun sanksiyalarla hədələməsi və diplomatik manevrləri Rusiya prezidenti Vladimir Putini potensial olaraq işğala başlamaqdan çəkindirmək üçün kifayət etmədiyi barədə xəbərdarlıq edib.

Demokratlar və Respublikaçılardan ibarət bir qrup qanunverici şənbə və bazar günləri Kiyevə səfər edərək, Ukrayna xüsusi təyinatlılarının komandanı və Ukrayna ordusuna təlimlərdə yardım edən ABŞ-ın xüsusi təyinatlıları və Milli Qvardiya qoşunları ilə görüşüb.

Onlar vəziyyəti “çox narahatedici” adlandırıb və Rusiyanın işğalının qarşısını almaq ümidi ilə Ağ Evi Ukrayna qüvvələrinə silah çatdırılmasını sürətləndirməyə çağırıb.

Respublikaçı Maykl Vals
Respublikaçı Maykl Vals

“Fikrimcə işğaldan sonra sərt addımlar vədi Putinin hesablamaları baxımından çox az nəticə verəcək” - deyə, çərşənbə axşamı Respublikaçı Maykl Vals jurnalistlərə bildirib.

Ukraynada səfərdə olan Demokratlar da eynilə Ağ Evi Rusiyanı Ukraynaya müdaxilənin cavab zərbəsini eyni anda hiss etdirəcək tədbirlər görməyə çağırıb.

“Biz təmin etdiyimiz silahların nəinki zamanla, elə birinci gün Rusiya qoşunlarının böyük itkilərə səbəb olacağını aydın şəkildə göstərməliyik" - deyə, Demokrat qanunverici Set Molton bildirib. Qanunvericilər Rusiyanın Krımı işğal etdiyi 2014-cü ildən fərqli olaraq, Putin Rusiya qoşunlarını göndərəcəyi təqdirdə Ukrayna qüvvələrinin güclü müqavimət göstərməyə hazır olduğuna əmin olmaq istədiklərini bildiriblər.

Qanunvericilər, həmçinin Ağ Evi Ukraynaya silahların, o cümlədən gəmi-sahil raketləri, hava hücumundan müdafiə raketləri və əlavə tank əleyhinə Javelin raketlərinin çatdırılmasını sürətləndirməyə çağırıb.

Demokrat Set Molton
Demokrat Set Molton

Rusiya Prezidenti Vladimir Putin təhlükəsizliklə bağlı ABŞ və NATO-nu yenidən “təcili” danışıqlara çağırıb.

Kremlin bildirdiyinə görə, Putin dekabrın 14-də finlandiyalı və fransalı həmkarları ilə telefon danışıqları zamanı bu çağırışı bir daha təkrarlayıb.

Son həftələr Ukrayna və onun qərb himayədarları Rusiyanı gələn ayın əvvəlində işğala mümkün başlanğıc kimi sərhədləri yaxınlığında qoşun toplamaqda ittiham edib.

Rusiya rəsmiləri Moskvanın hər hansı hücuma hazırlaşdığını inkar edir. Moskva Ukraynanı təxribatda günahlandırır və qüvvələrini öz ölkəsi daxilində istədiyi yerə köçürmək hüququna malik olduğunu deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG