Accessibility links

ABŞ və Aİ Rusiyaya Ukraynaya hərbi təcavüzün ağır nəticələri olacağı ilə bağlı xəbərdarlıq edib


Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiyanı Ukraynaya qarşı hərbi təcavüz həyata keçirəcəyi təqdirdə bunun “böyük nəticələr”-i olacağı barədə xəbərdarlıq edib və gərginliyi azaltmaq üçün diplomatiyaya qayıtmağa çağırıb.

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi dekabrın 17-i jurnalistlərə bildirib ki, ABŞ və Avropa Kremlin qonşusuna qarşı hərbi əməliyyatlara əl atması halında Rusiyanı cəzalandırmaq üçün tədbirlər siyahısı hazırlayır.

Rusiyanın hazırda Ukrayna yaxınlığında 100 minə yaxın əsgərinin olduğu bildirilir və ABŞ bunun Mosk qonşusunun işğalı üçün başlanğıc ola biləcəyini deyir.

Rusiya keçmişdə Ukraynaya qarşı hərbi təcavüz həyata keçirib. 2014-cü ildə Krım bölgəsini qeyri-qanuni ilhaq edərək, 13200 nəfərin ölümü ilə nəticələnən müharibədə separatçıları dəstəkləyib.

“Ukraynaya qarşı növbəti təcavüz olsa, bu böyük nəticələrə səbəb olacaq və (Rusiya üçün) baha başa gələcək” deyən administrasiya rəsmisi əlavə edir ki, "Nəticələr Rusiya Federasiyası üçün çox ağır olacaq."

Rəsmi nəzərdən keçirilən tədbirlərin əsasən iqtisadi və maliyyə sahəsi ilə bağlı olduğunu desə də, bunun detalları barədə danışmaqdan imtina edib.

ABŞ-ın bu mövqeyi Avropa liderləri ilə üst üstə düşür. Belə ki, bir gün əvvəl Avropa liderlərinin Brüsseldə keçirilən bir günlük sammitin yekununda Qərb Kremlə qarşı vahid cəbhədə birləşərək bəyanat səsləndirib.

"Ukraynaya qarşı hər hansı növbəti hərbi təcavüzün böyük nəticələri olacaq, hücum Rusiya üçün ciddi xərclərə, o cümlədən tərəfdaşlarla razılaşdırılmış məhdudlaşdırıcı tədbirlərə səbəb olacaq" deyə Britaniya, ABŞ və Aİ liderləri noyabrın 16-da verdikləri bəyanatda bildirir.

Lakin nə yüksək səviyyəli ABŞ rəsmisi nə də ki, Avropa liderləri gələcək hərbi təcavüzün dəqiq nədən ibarət olaca biləcəyini açıqlamayıb.

NATO-nun baş katibi Yens Stoltenberq dekabrın 16-da bildirib ki, xəbərdarlıqlara baxmayaraq, Rusiya Ukrayna ilə sərhəddə öz qüvvələrini toplamaqda davam edir.

"Biz qoşun cəmləşdirməsinin dayandığına və ya yavaşladığına dair heç bir əlamət görmürük. Əksinə, bu davam edir" deyə Stoltenberq NATO-nun mənzil-qərargahında Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransı zamanı jurnalistlərə bildirib.

Konfrans zamanı Zelenski Qərbi Kremli ölkəsinə qarşı hərbi əməliyyatlardan çəkindirmək üçün Rusiya qarşı indidən sanksiyalar tətbiq etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG