Accessibility links

ABŞ dövlət katibi Yaxın Şərq və Afrika ölkələrinə səfər edir


ABŞ dövlət katibi Yaxın Şərq və Afrika ölkələrinə səfər edir
ABŞ dövlət katibi Yaxın Şərq və Afrika ölkələrinə səfər edir

ABŞ dövlət katibi Hillari Klinton Liviyadakı vəziyyəti müzakirə və Afrikada keçirilən İqtisadiyyat Konfransında iştirak etmək üçün 4 günlük səfərə çıxıb. Çümə axşamı xanım Klinton Səudiyyə Ərəbistanında 22 dövlətin iştirak edəcəyi Liviya Təmas Qrupunun toplantısına qatılacaq. Yığıncaqda Liviya lideri Müəmmər Qəzzafiyə müxalif qəbilələrə yardım məsələsinin müzakirə ediləcəyi gözlənilir. Keçən ay keçirilən yığıncaqda üsyançıların ərzaq, dərman və hərbi sursatla təmin edilməsi barədə razılıq əldə edilmişdi.

Cümə günü dövlət katibinin Lasakada keçiriləcək "Afrikada İnkişaf və İmkanlar" adlı forumda iştirak etmək üçün Zambiyaya gedəcəyi planlaşdırılır. Hillari Klinton şənbə günü Tanzaniya, bazar ertəsi isə Efiopiyaya gedəcək.

XS
SM
MD
LG