Accessibility links

ABŞ Əfqanıstana sərhəd təhlükəsizliyi üzrə ekspertlər göndərəcək


ABŞ Əfqanıstana sərhəd təhlükəsizliyi üzrə ekspertlər göndərəcək
ABŞ Əfqanıstana sərhəd təhlükəsizliyi üzrə ekspertlər göndərəcək

ABŞ milli təhlükəsizlik naziri Canet Napolitano deyir ki, Birləşmiş Ştatlar Əfqanıstanın Pakistanla sərhədini daha yaxşı qorumaq üçün həmin ölkəyə 52 əlavə təhlükəsizlik eksperti göndərəcək. Napolitano bu açıqlamanı Kabildə Əfqanıstan prezidenti Həmid Karzay və maliyyə naziri Ömər Zaxilvalla görüşü zamanı verib. Görüşdə başlıca diqqət sərhəd təhükəsizliyi məsələlərinə o cümlədən əfqan sərhədçilərinin təlimləndirilməsinə verilib. Məqsəd ABŞ qüvvələri ilə döüyşmək üçün Əfqanıstana daxil olan Taliban militantları və islamçı ekstremistlərin qarşısını almaqdır. İndiyədək ABŞ milli təhlükəsizlik nazirliyi Əfqanıstanda təhlükəsizliyin qorunması üçün 25 ekspert göndərib.

XS
SM
MD
LG