ABŞ-ın vitse-prezidenti Co Bayden İraqın yeni hökumət koalisiyasının təşkili ilə bağlı yaranmış siyasi böhranı həll etmək məqsədilə danışıqlar aparmaq üçün İraq prezidenti Calal Talabani ilə göruşüb. Bayden və cənab Talabani bazar ertəsi ABŞ vitse-prezidentinin Bağdada ziyarətinin bu gün üçüncü və sonuncu günü görüşüblər. Cənab Talabaninin idarəsi deyib ki, onlar eyni zamanda İraq və ABŞ arasında ikitərəfli əlaqələri də müzakirə ediblər. Bayden İraqın rəqib siyasətçilərini özünü doğrultmayan mart seçkilərindən sonra aylardır yeni hökumətin təşkili prosesini yubatmağa son qoymaga çağırır. Ayrıca olaraq, vitse-prezident Bayden bazar günü İraqın baş naziri Nuri al-Məliki və onun əsas rəqibi olan keçmiş baş nazir Ayad Ələvi ilə görüşüb.
Vitse-prezident İraqın yeni hökumət koalisiyasının təşkili ilə bağlı yaranmış siyasi böhranı həll etmək üçün Talabani ilə danışıqlar aparır