Accessibility links

ABŞ Nümayəndələr Palatası mübahisəli büdcə planını bu gün təsdiqləyə bilər


ABŞ Nümayəndələr Palatası mübahisəli büdcə planını bu gün təsdiqləyə bilər
ABŞ Nümayəndələr Palatası mübahisəli büdcə planını bu gün təsdiqləyə bilər

Respublikaçıların üstünlük təşkil etdiyi ABŞ Nümayəndələr Palatasının bir neçə yerli müəssisələrdə xərclərin ixtisarı daxil olan mübahisəli büdcə planını bu gün təsdiq edəcəyi gözlənilir. Bu ixtisarlara ölkənin yaşlı təbəqəsinin sağlamlıq sığortasının tarifləri də daxildir. Büdcə Komissiyasının sədri Pol Rayn tərəfindən hazırlanan bu istisarlar dövlət `Medicare` proqramında dəyişikliklərə səbəb olacaq. Prezident Barak Obama da daxil olmaqla Demokratlar ideyanı sərt tənqid edərək bu addımın 49 ildir davam edən `Medicare`proqramına son qoyacağını və yaşlı insanların əlverişli sağlamlıq sığortası əldə etməsinin qarşısını alacağını deyiblər. Addım yoxsul amerikalılar üçün nəzərdə tutulmuş birgə federal və ştat səhiyyə proqramı `Medicaid`-in büdcəsini də kəskin şəkildə azaldacaq.

XS
SM
MD
LG