Accessibility links

ABŞ prezidenti bu gün fələstinlilərin prezidenti Mahmud Abbasla görüşəcək


Cənab Abbas prezident Obamadan sülhə doğru “qəti addımlar” atmağı xahiş edəcək

Birləşmiş Ştatlar prezidenti Barak Obama Yaxın Şərq sülh prosesində mümkün irəliləyişləri müzakirə etmək üçün bu gün Ağ Evdə fələstinlilərin prezidenti Mahmud Abbası qəbul edəcək. Cənab Abbas prezident Obamadan sülhə doğru “qəti addımlar” atmağı xahiş edəcəyini bildirib. Fələstinin yüksək səviyyəli rəsmilərinin dediklərinə görə, prezident Mahmud Abbas cənab Obamadan vasitəli danışıqlarda nailiyyət əldə edilməsində İsrailə təzyiq göstərməyi xahiş edəcək. Prezident Obamanın isə keçən həftə Qəzzaya yardım aparan gəmi donanmasına doqquz türkün qətli ilə nəticələnən İsrail reydindən sonra yaranmış gərginlikləri aradan qaldırmağa çalışacağı gözlənilir. Birləşmiş Ştatlar rəsmiləri prezident Obamanın Fələstin prezidenti Mahmud Abbasla Qəzzada yaşayan insanların rifahını yaxşılaşdırmaq yollarını müzakirə edəcəyini bildirmişlər.

XS
SM
MD
LG