Accessibility links

ABŞ Senatı büdcə layihəsi ilə bağlı səsvermə keçirəcək


ABŞ senatorları cümə günü hökümətin bağlanmasının qarşısını almaq üçün Nümayəndələr Palatasının təsdiq etdiyi büdcə layihəsi üzərində səs verəcək.

Nümayəndələr Palatasının spikeri Pol Rayan büdcə planının Senat tərəfindən təsdiq olmadığı halda bunun səbəbkarlarının demokratların olacağını deyib.


Mən Amerika xalqını bunu bu başa düşməyə çağırmışam. Hökümətin fəaliyyətini davam etməsinin qarşısında təkcə Senat demokratları dayanıb. Hökümətin bağlanıb-bağlanmayacağı onlardan asılıdır, o deyib.

Qanunvericilərin iki seçimi var: ya onlar bir aylıq müvəqqəti büdcə planı üzərində razılaşmalıdır və ya tam büdcə üzərində razılıq əldə olunanadək höküməti bağlamalıdırlar.

Müvəqqəti planın Seantda keçməsi çətin olacaq, çünki Respublikaçıların oradakı səs üstünlüyü Nümayəndələr Palatası ilə müqayisədə daha azdır.

Əgər müvəqqəti plan təsdiq olunsa, qanunvericilər gələn bir ay ərzində sentaybr ayının 30-da başa çatan 2018-ci büdcə ilini əhatə edəcək büdcə planını müzakirə etməlidirlər.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG