Accessibility links

ABŞ-ın vitse-prezidenti Türkiyə və Yunanıstana səfərinin cədvəli açıqlanıb


ABŞ-ın vitse-prezidenti Türkiyə və Yunanıstana səfərinin cədvəli açıqlanıb
ABŞ-ın vitse-prezidenti Türkiyə və Yunanıstana səfərinin cədvəli açıqlanıb

ABŞ-ın vitse-prezidenti Cozef Baydenın bu həftənin sonu Türkiyə və Yunanıstana səfəri nəzərdə tutulub. Ağ Ev səfər çərçivəsində keçiriləcək tədbirlər və müzakirə ediləcək mövzuları elan edib. Vitse-prezident Bayden cümə günü Ankarada Türkiyə lideri ilə görüşəcək.

Görüş PKK terrorçuluğuna qarşı mübarizədə Birləşmiş Ştatların davamlı dəstəyini əhatə edəcək. Danışıqlar zamanı ABŞ və Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsi də müzakirə ediləcək.

Türkiyə və Amerika liderlərinin Suriya, Əfqanıstan və qarşıdan gələn Kipr danışıqlarını müzakirə edəcəyi gözlənili. BMT-nin baş katibi Ban Ki Mun yanvar ayında Kiprin yunan və türk rəhbərlərini bir araya gətirməyi planlaşdırıb.

Şənbə günü vitse-prezident Bayden İstanbulda Qlobal Sahibkarlıq zirvə görüşündə iştirak edəcək. Görüşə Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan ev sahibliyi edəcək. Zirvə toplantısında ABŞ prezidenti Barak Obamanın 2010-cu il aprel ayında Sahibkarlığa dair keçirdiyi zirvə görüşündə müəyyən edilmiş işlərin davam etdirilməsini nəzərdə tutur.

Bazar ertəsi vitse-prezident bayden ABŞ-ın Yunanıstanda iqtisadi dəyişikliklərə dair davamlı səylərini ifadə etmək üçün prezident Karolos Papouliasla görüşəcək.

XS
SM
MD
LG