Accessibility links

Çin ABŞ-ın yeni tarifləri ilə bağlı mövqeyində möhkəm dayanır


Çin ölkə məhsullarına ABŞ-ın tətbiq etmək istədiyi yeni tariflərlə bağlı mövqeyində möhkəm dayanır və bildirir ki, bu tariflər qüvvəyə minsə, ölkə eyni siyasətlə cavab verəcək.

ABŞ prezidenti Donald Trampın planı ümumi dəyəri 34 milyard dollar dəyərində qiymətləndirilən 800-dən çox növ Çin məhsuluna 25 faiz həcmində tarifin tətbiq edilməsini nəzərdə tutur. Yeni tarif Vaşinqton vaxtı ilə cümə günü gecə yarısı qüvvəyə minəcək.

Çinin Ticarət Nazirliyinin sözçüsü Qao Fenq cümə axşamı müxbirlərə bildirib ki, Pekin Vaşinqtonla ehtimal edilən ticarət müharibəsində “ilk atəş açmayacaq.” Bununla bərabər o əlavə edib ki, onların Çin xalqının maraqlarını müdafiə etmək üçün cavab addımları atmaqdan başqa seçimləri qalmayacaq.

Qao həm də qeyd edib ki, ABŞ-ın hədəfə aldığı məhsullar xarici sərmayəçilər tərəfindən dəstəklənir və onların əhəmiyyətli hissəsi Birləşmiş Ştatların özündəndir.

Prezident Tramp bildirib ki, Pekinin cavab addımları atdığı halda, Birləşmiş Ştatlar 450 milyard dollar dəyərində olan Çin məhsullarına tarif tətbiq edəcəyini bildirib.

İki qüdrətli ölkənin ticarət məsələsində razılığa gəlməməsi qlobal iqtisadiyyata ciddi təsir edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG